Türkiyənin maliyyə naziri: Lirənin dəyər itirməsi fonunda bazarların sağlamlaşdırılması üçün addımlar atılır
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşek ölkədə son günlər baş verən iqtisadi dalğalanmalar fonunda hökumətin bazarların sabit fəaliyyətini təmin etmək üçün tədbirlər gördüyünü bildirib.
525.az bu barədə Report-a istinadən xəbər verir.
“Bazarların sağlam fəaliyyəti üçün bütün zəruri addımlar atılır. İqtisadi proqramın icrasını qətiyyətlə davam etdiririk”, - nazir vurğulayıb.
Bu açıqlama İstanbul Baş Prokurorluğunun korrupsiya, rüşvətxorluq və pulla ələ alma işi üzrə başladığı istintaq fonunda verilib. Məlumata görə, şəhər meri Əkrəm İmamoğlunun saxlanıldığı, həmçinin 100-dən çox şəxsə korrupsiya, rüşvətxorluq və terrorçularla əməkdaşlıq ittihamları irəli sürüldüyü bildirilir.
Bu xəbərlərin ardından İstanbul birjasında indeks açılışda 6,87 % geriləyib, türk lirəsi isə tarixi minimumunu yeniləyib. Paralel olaraq, “X”, “YouTube”, “TikTok” və “Instagram” sosial şəbəkələrinə giriş məhdudlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 19 Mart 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















