Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener: Hamı London küçələrində “Qarabağ”dan danışır EKSKLÜZİV
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 4 noyabr, AZƏRTAC
London küçələrində, bütün İngiltərədə hamı “Qarabağ”dan danışır.
Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener deyib.
Onun sözlərinə görə, Ağdam təmsilçisi elə səviyyəyə çatıb ki, Premyer Liqa klublarının hamısı bu adın kimə məxsus olduğunu bilir: “Çelsi” dünyanın ən varlı klublarından biridir. Onlar klublararası dünya çempionatının qalibidirlər. Amma indi deyirlər: “Qarabağ”la oynayacağıq, amma bu dəfə 2017-ci ildəki “Qarabağ” deyil. Bu, “Benfika” ilə “Kopenhagen”i məğlub edən, “Atletik”lə (Bilbao) sonadək döyüşən “Qarabağ”dır”.
Xatırladaq ki, Ertem Şener Sport TV dəvəti ilə Bakıya gəlir. O, “Qarabağ” və “Çelsi” arasında baş tutacaq oyundan əvvəl və sonra efirdə olacaq.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 04 Noyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















