Icma.az
close
up
RU
Türkiyənin tanınmış jurnaslisti: “Azərbaycana köçmək fikrim var” MÜSAHİBƏ

Türkiyənin tanınmış jurnaslisti: “Azərbaycana köçmək fikrim var” MÜSAHİBƏ

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin tanınmış jurnalisti, NTV-də yaymlanan “Əsrarəngiz Türkiyə” layihəsinin rəhbəri Esra Gezgincinin Azərbaycana həsr etdiyi “Əsrarəngiz Azərbaycan” kitabı bir müddət əvvəl işıq üzü görüb. 
Kitab Azərbaycan mədəniyyəti, tarixi, coğrafiyası və Qarabağ müharibəsinə həsr olunub. 
Ön söz Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur.

Kitabın müəllifi Modern.az-ın redaksiyasında qonaq olub. Esra Gezginci bizimlə söhbətdə kitabın ərsəyə gəlməsi və özünün gələcək fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
 

- Esra xanım, Azərbaycana ilk gəlişiniz nə vaxt olub?
 

- Azərbaycana uzun zaman öncə şəhərləri kəşf etmək üçün gəlmişdim. Bura gəlməzdən öncə də Azərbaycan haqqında araşdırmalar aparırdım, elə o vaxtdan məndə qardaş ölkəyə qarşı xüsusi sevgi vardı. 

Azərbaycanı gəlib gördükdən sonra isə bura daha çox bağlandım. Bu səbəbdən bir müddət sonra Azərbaycan mədəniyyətini, tarixini, təbiətini özündə ehtiva edən “Əsrarəngiz Azərbaycan” adlı proqram hazırladıq. Proqram çərçivəsində Azərbaycana aid 10 veriliş çəkdik. Verilişləri hazırlayan ərəfədə istər Bakı, istərsə də Bakıətrafı əraziləri, o cümlədən işğaldan azad olunan Qarabağı daha yaxından öyrənmək imkanımız oldu. Qarabağ azad olunan kimi çəkilişlərə başladığımız üçün çətin şərtlərlə qarşılaşırdıq. Əslində buna görə həm də çox xoşbəxtəm ki, o çətinliyi də, indiki gözəlliyin də şahidi oldum. Burada çox şey öyrəndim, öyrəndiklərimi də kitab halına saldım. Kitab Türkiyənin Rabitə Nazirliyi tərəfindən hazırlanıb.


Bu layihədə yer aldığım üçün çox şadam. Ən önəmli qisim isə kitabın ön sözünün cənab Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən yazılması oldu. Bu səbəblə də daha böyük kitab meydana gəldi və Türkiyənin Azərbaycana hədiyyəsi olaraq hazırlandı. Kitabda Azərbaycanın bir çox bölgələrinə geniş yer verilib. Həmçinin bu kitab Azərbaycanın mədəniyyətini, sənətini, musiqisini, Türkiyə və Azərbaycan qardaşlığını, “İki dövlət, bir millət” şüarını, bir sözlə hər şeyi izah edir. Zəngin kitab əslində bir əsərdir. Azərbaycan haqqında məlumatlar bu kitab sayəsində dildən-dilə keçərək yüz illər boyu nəsildən-nəsilə ötürüləcək. Kitab üç dildə yazılıb. Bir müddət öncə rabitə nazirimiz Fəxrəddin Altun kitabı cənab Hikmət Hacıyevə hədiyyə etdi. Bu da mənim üçün çox qürurverici oldu.
 

- Azərbaycanı gəzdiyiniz, veriliş hazırladığınız zaman ölkəmizlə bağlı nələr sizi valeh etdi?


- Verilişlərimdə də hər zaman deyirəm: Odun və küləyin ölkəsi, qəhramanlar yurdu can Azərbaycan! Bu söz əslində çox dərindir. Çünki bura eyni zamanda həm küləyin, həm alovun, həm də qəhrəmanların yaşadığı ölkədir. Azərbaycanı gəzdikcə, insanlar Qarabağ müharibəsi haqqında hekayələr danışanda, onları heyrətlə dinləyirdim. Mən Şuşaya gedib Cıdır düzünü gördükdə, ora əsgərlərin necə qalxdığını düşünməkdə belə, çətinlik çəkirdim. Kitabı yazanda da bunları düşünərək, gözümün qarşısına gətirərək hadisələri təsvir etməyə çalışırdım. Şəhidlərə Allahdan rəhmət diləyirəm. Onlar olmasaydı, biz bu qədər rahat yaşaya bilməzdik. Bu kitabı yazarkən də onlara borcumuzun olduğunu düşünürdüm. Bu borcu kitab yazaraq, ödəməyə çalışdığım üçüm çox xoşbəxtəm.


- Kitab yazarkən hansı resurslardan istifadə edirdiniz, getdiyiniz bölgənin insanları ilə söhbət etmək imkanınız olurdumu?
 

- Davamlı olaraq tarixçilərlə çalışırdıq. Hətta İçərişəhərdə tarixçi alim Nərgiz Axundova ilə bərabər bir neçə veriliş çəkdik, eyni zamanda digər verilişlərimizə də biri-birindən dəyərli qonaqlar çağırırdıq. Onlardan öyrəndiyim qiyməti ölçülməz məlumatlar da kitabda yer alıb. Həm azərbaycanlı, həm türkiyəli tarixçilərin, eyni zamanda Türkiyə Rabitə Nazirliyinin rəhbərliyi ilə məlumatların doğruluğunu dəqiqlədirərək, kitabda verdik.


- Türkiyədəki qardaşlarımız Azərbaycanı necə tanıyır və bu kitab onların ölkəmiz haqqında fikirlərinə necə təsir edəcək?


- Biri-birimizə qardaş ölkələr deyirik, amma əksəriyyət bu bağlılığın, yaxınlığın səbəbini bilmir. Düşünürəm ki, bu kitab iki ölkə arasındakı bağı çox yaxşı izah edir. Faktlarla dolu olan kitabımız eyni köklərə, adət-ənənələrə sahib olduğumuzu həm Azərbaycan, həm də türk oxuculara çatdıracaq.
 


- Azərbaycana bağlı olduğunuz görünür, gələcəkdə ölkəmiz barədə fikirləriniz nələrdir?
 

- Bura sevgimlə bağlıyam. Azərbaycanı çox sevirəm, danışanda Azərbaycan türkcəsində sözlər istifadə etməkdən zövq alıram. Gələcəkdə ömürlük bura köçmək barədə belə, düşünmüşəm. 


- Siz həm də sənədli filimlər hazırlamaq üzrə mütəxəssissiniz. Azərbaycanda bu sahəni necə qiymətləndirdiniz?
 

- Burada daha çox sənədli filimlər çəkilməlidir. Əsasən də Qarabağ bölgəsindən. Məsələn, mən burada çəkilişlər apararkən əksər türk izləyicilərimiz “biz bunları bilmirdik” deyirdilər. Ərsəyə gətirdiyimiz proqramlar, kitablar istər Türkiyəyə, istərsə də digər türk dövlətlərinə və eləcə dünyanın müxtəlif ölkələrinin Azərbaycanı – onun mədəniyyətini, tarixini, təbiətini, qəhrəmanlıq salnaməsini çatdıracaq. Azərbaycanın daha çox tanınması isə ölkənin birliyi, inkişafı baxımdan çox önəmlidir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Yanvar 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see276

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see131

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see125

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see124

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see122

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri