Icma.az
close
up
RU
Türkiyənin vasitəçilyi faydalı ola bilər

Türkiyənin vasitəçilyi faydalı ola bilər

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


"Türkiyə dünyanın fərqli coğrafiyalarında mövcud olan münaqişələrin həll edilməsi məqsədilə fəal diplomatik gedişlər edərək bu istiqamətdə uğurlu addımlar atır. İstər Qafqazlarda, istər Afrikada, istərsə də Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla həlində Ankara əsas oyunçu kimi çıxış edərək bu proseslərə öz töhfəsini verib və verməkdədir. Yaxın günlərdə İstanbulda Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində baaş tutacaq növbəti görüş bunun bariz nümunəsidir".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, növbəti İstanbul görüşü Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hər iki tərəflə görüşərək vasitəçilik fəaliyyətləri həyata keçirən Türkiyənin beynəlxalq vasitəçilik rolunu gücləndirən mühüm dönüş nöqtəsidir:
"Türkiyə Ukrayna ilə Rusiya arasında gedən müharibədə mühüm vasitəçilik rolunu oynayıb, tərəflərlə daim əlaqə saxlayaraq diplomatik səyləri intensiv şəkildə davam etdirib. Hələ 10 mart 2022-ci il tarixində Antalyada keçirilən 2-ci Antalya Diplomatiya Forumu çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın o zamankı xarici işlər naziri Dmitro Kuleba bir araya gəldi. Yenə həmin il Türkiyənin sıx diplomatiya səyləri sayəsində hər iki ölkədən nümayəndə heyətləri İstanbulda görüşdü və görüşün nəticəsi olaraq 22 iyul 2022-ci ildə “Qara Dəniz Taxıl Təşəbbüsü Sazişi” imzalandı. Bunun ardınca Türkiyə 22 sentyabr 2022-ci ildə Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsində vasitəçilik rolunu oynadı".
Arzuman Muradlı hesab edir ki, İstanbulda baş tutacaq Rusiya-Ukrayna görüşü faydalı ola və müharibənin dayandırılması istiqamətində mühüm razılaşma əldə edilə bilər:
"Çünki indiki durumda hər iki ölkənin, həm Rusiya, həm də Ukraynanın buna ehtiyacı var. Ukrayna istər Amerika, istərsə də Avropadan əvvəlki kimi hərbi yardım ala bilmir. Hərbi-texniki potensialı tükənir. Eyni şeyi Rusiya üçün də söyləmək mümkündür. 3 ildən artıq davam edən müharibə Rusiyanın da hərbi arsenalı və canlı qüvvəsini kifayət qədər azaldıb. Ona görə də indiki halda həm Kiyev, həm də Moskva problemin diplomatik yolla həllində maraqlı görünür. Halbuki bir müddət əvvəl tərəflər qəti şəkildə danışıqlar prosesini rədd edirdilər".
Arzuman Muradlı deyib ki, ayrı-ayrı ölkələr arasında proseslərin idarə olunmasında fəal rol oynayan Türkiyə, beynəlxalq qurumların və çoxtərəfli diplomatiyanın pozulduğu dövrlərdə bir çox bölgələrdə böhranların idarə olunması və problemlərin həllinə dəstək verir:
"Türkiyə Filippinin cənubundakı bölgə üçün sülh prosesinə vasitəçilik edən ölkələrdən biri kimi sabitliyin təmin edilməsində mühüm rol oynayıb. Eyni zamanda Efiopiya ilə Somali arasında bir müddətdir davam edən Somaliland böhranı Türkiyənin vasitəçiliyi ilə həll yoluna qədəm qoyub. 11 dekabr 2024-cü ildə Ankarada Prezident Ərdoğan, Somali Prezidenti Həsən Şeyx Məhəmməd və Efiopiya Baş naziri Abiy Əhmədin ev sahibliyi ilə keçirilən görüşdə iki ölkə arasında bir ilə yaxındır davam edən böhranın həlli üçün razılıq əldə olundu.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 May 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri