Türkiyənin və Suriyanın XİN başçıları mətbuata birgə açıqlama veriblər
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
İstanbul, 13 avqust, Günel Karatepe, AZƏRTAC
Türkiyədə səfərdə olan Suriyanın xarici işlər naziri Əsəd Şeybani və həmkarı Hakan Fidan mətbuata birgə açıqlama veriblər.
AZƏRTAC xəbər verir ki, Türkiyənin XİN başçısı Hakan Fidan açıqlamasında YPG-yə dünyanın dörd bir tərəfindən topladıqları terrorçularla Türkiyə və bölgə üçün təhdid olmaqdan dərhal imtina etmələri ilə bağlı çağırış edib.
Suriyanın keçid dövrü ilə bağlı danışan nazir deyib: “Yeni Suriya bütün xalqların, inancların, mədəniyyətlərin qorunduğu, bir yerdə yaşaya bildiyi ölkə olmalıdır. Türkiyə bu istiqamətdə tövsiyələrini verir, Suriyada da hər kəs əlini daşın altına qoymalıdır. Ölkədə təhlükəsizlik problemi olmamalıdır, sabitliyi pozan davranışlara yol verilməyəcək. Suriyada YPG-nin hiylələrini görürük. Təşkilat üzvlərinin Suriyanı tərk etmədiyini görürük, görmədiyimizi zənn etməsinlər”.
Uzun illər ölkəsində müharibənin hökm sürdüyünü xatırladan Şeybani infrastruktur və qurumlar baxımından böyük çətinliklər yaşandığını, bu gün də yeni problemlərlə üzləşdiklərini deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 13 Avqust 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















