Icma.az
close
up
RU
“Türkiyəyə qarşı açıq kampaniya aparılırsa, deməli, növbəti hədəf qardaş ölkədir...”

“Türkiyəyə qarşı açıq kampaniya aparılırsa, deməli, növbəti hədəf qardaş ölkədir...”

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Eyni zamanda İranla bağlı gedən proseslərdə də Türkiyənin və Azərbaycanın mövqeyi çox mühümdür. İsrail elə hesab etməsin ki, İran daxilində gedən proseslər onun nəzarətindədir...”

Son günlər İsrailin bəzi tanınmış analitikləri iddia edirlər ki, guya İranda molla rejimi sıradan çıxarıldıqdan sonra Türkiyə regionda “onun yerini tutmağa çalışacaq”. Yəni guya İran kimi o da proksi terrorçu qruplara himayədarlıq edərək bölgə ölkələri üçün təhlükə yaradacaq(bax: ). Görəsən, bu, bəzi qüvvələr üçün İrandan sonra növbəti hədəfin Türkiyə olacağına işarə etmirmi?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AzVP sədri Akif Nağı bunları söyləyib:

“İsrail rəhbərliyində də, müxtəlif siyasi qüvvələrin daxilində də müəyyən qruplar var ki, Türkiyəyə qarşı çox sərt, demək olar ki, düşmənçilik mövqeyi tuturlar. Bu da onların iddiaları ilə əlaqədardır: İsrail rəhbərliyində və cəmiyyətində sanki bütün dünyaya bir hökmranlıq iddiası var. Lakin Türkiyə bu iddialara razılaşmır və İsraillə bağlı müxtəlif məsələlərdə özünün fərqli mövqelərin ortaya qoyur. Misal üçün, 2009-cu ildə o zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğan Davosdakı məşhur “Van minit” prosesində İsrail prezidenti ilə bağlı öz mövqeyini sərt şəkildə ifadə etdi. O, bu mövqeyini ortaya qoyarkən, çoxları İsrail rəhbərliyindən çəkinirdi, çoxları ona ehtiyatla yanaşırdı. Amma Ərdoğan bu məsələdə cəsarətlə çıxış etdi və onun sərt reaksiyası nəticəsində İsrailin o vaxtkı prezidentinin uzun-uzadı çıxışı dayandırıldı. Demək istərdim ki, Türkiyə-İsrail münasibətləri məhz həmin nöqtədən sonra yeni bir mərhələyə keçdi və o mərhələ hələ də davam edir...

Onu da demək lazımdır ki, əslində Türkiyə İsrailə qarşı qərəzli mövqe tutmur. Sadəcə, Ərdoğan prinsipial mövqedən çıxış edərək regionda və dünyada hər şeyin İsrailin istədiyi kimi ola bilməməsini ifadə edir. Əgər İsrail yanlış addımlar atırsa, bu, mütləq tənqid olunmalıdır. Ona qarşı digər ölkələr də mövqe bildirməlidilərlər... 

Həmçinin xüsusən son 3-4 ildə Qəzzadakı proseslərlə bağlı Türkiyənin fərqli yanaşması mövcuddur. Digər istiqamətlərdə Netanyahunun mövqeyi ilə bağlı Ərdoğan fərqli düşünür və bunu da gizlətmir. Ona görə də İsrail rəhbərliyi Türkiyə dövlətini zəiflətmək və regionda hegemonluqlarını qurmaq üçün qardaş ölkəni də hədəf seçə bilərlər. Açıq görünən təbliğat kampaniyası aparılırsa və Türkiyəni, onun hakim qüvvələrini gözdən salmağa, bu dövləti terror təşkilatları ilə əlaqələndirməyə çalışırlarsa, bu, belədir. Ancaq hər kəs yaxşı bilir ki, əksinə, Türkiyə terror qruplaşmalarına qarşıdır. Son dövrlərdə “HƏMAS” və digər terror təşkilatları ilə bağlı mövqeyi çox açıq və aydındır. Eyni zamanda Suriyada baş verən proseslərdə də Türkiyənin mövqeyi bəllidir. Suriyada, "Suriyanın Demokratik Qüvvələri" adı altında fəaliyyət göstərən terror təşkilatına qarşı Türkiyənin yanaşması sərtdir. Rəsmi Ankara həmin təşkilatı terrorçu kimi qəbul edir və keçid dövrü üçün nisbətən legitim hakimiyyəti uğurla dəstəkləyir.  Və Türkiyənin bu mövqeyi aparıcı ölkələr tərəfindən də qəbul edilir...

Yəni əvvəla,  İsrailin Türkiyəyə qarşı hansısa addımlar atmağa gücü çatmaz. Bu həmin dövlətin özü üçün də məntiqsiz və qəbul olunmaz, ağır nəticələrə gətirə biləcək bir hərəkət olar. İkincisi, Türkiyənin mövqeyi ilə hər kəs, o cümlədən  ABŞ və Avropa da hesablaşır. Məlumdur ki, Amerika Suriya ilə bağlı da Türkiyənin mövqeyini müdafiə etdi.  Və bilirsiz ki, son günlərdə həmin "Suriyanın Demokratik Qüvvələri" təşkilatının buraxılmasıyla da bağlı ABŞ rəhbərliyinin mövqeyi aydın oldu. Halbuki təxminən bir həftə öncə Tramp kürdlərdən ibarət bu terrorçu qruplaşmanı sərt şəkildə müdafiə edirdi. Amma Türkiyənin gəti, geridönməz və həm də haqlı mövqeyini hiss etdikdən və bu dövlətin Suriyadakı proseslərlə bağlı düzgün variant təklif etdiyini gördükdən sonra Ağ Ev də o mövqe ilə hesablaşdı.  Ona görə də əgər Türkiyənin mövqeyi ABŞ və Avropa dövlətləri, həmçinin Rusiya və Çin tərəfindən qəbul edilirsə, İsrail də vaxtını boş yerə anti-Türkiyə təbliğatına sərf etməməlidir. Eyni zamanda İranla bağlı gedən proseslərdə də Türkiyənin və Azərbaycanın mövqeyi çox mühümdür. İsrail elə hesab etməsin ki, İran daxilində gedən proseslər onun nəzarətindədir...”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Yanvar 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri