Icma.az
close
up
RU
Türkiyəyə turistlərin az getməsinin səbəblərindən biri qiymətlərin yüksək olmasıdır

Türkiyəyə turistlərin az getməsinin səbəblərindən biri qiymətlərin yüksək olmasıdır

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 632,7 min nəfər olub.  Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 0,9 faiz azdır. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,9 faiz, Gürcüstana gedənlərin sayı 20,4 faiz artıb, Türkiyəyə gedənlərin sayı 6,3 faiz, Rusiyaya gedənlərin sayı isə 26,4 faiz azalıb. Türkiyəyə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb, İrana isə artıb.
Demokrat.az-a turizm eksperti Əziz Şiriyev deyib ki, bu bir neçə əsas səbəbə dayanır:
“Azərbaycanlı turistlərin Türkiyəyə səfərlərində azalma, İrana isə marağın artması müxtəlif iqtisadi və sosial amillərlə bağlıdır. Turistlərin cəlb olunması ölkə iqtisadiyyatına kapital axını deməkdir və bu, çox müsbət təsir göstərir. Türkiyəyə turistlərin az getməsinin səbəblərindən biri qiymətlərin yüksək olmasıdır. Hazırda İstanbulda aktiv istirahət, Antalya, Bodrum, Kuşadası, İzmir kimi yerlərdə isə pasiv istirahət üçün qiymətlər fantastik dərəcədə yüksəkdir. Bu səbəbdən insanlar daha münasib qiymətli yerlərə getmək istəyirlər. İrana gəlincə, insanların əksəriyyəti oraya müalicə və ya dini məqsədlərlə gedir. İranda çox gözəl gəzməli, görməli yerlər var”. 
Ekspert əlavə edib ki, vətəndaşlarımızın əksəriyyəti oraya müalicə və ya dini ziyarət üçün gedir:
“Məsələn, Məşhəd ziyarəti, Qum şəhəri ziyarəti və s. Bu səbəbdən həmin dövrlərdə İrana daha çox insanın getməsi müşahidə olunur. Türkiyəyə baxdıqda isə turistlərin azalmasının səbəblərindən biri qiymətlərin həddindən artıq yüksək olmasıdır. Düşünürəm ki, bir müddətdən sonra bu vəziyyət qaydasına düşəcək. Çünki valyuta məzənnəsi sabitləşməlidir ki, qiymətlər stabilləşsin. Azərbaycanlı turistlərin səfər istiqamətlərindəki dəyişikliklər əsasən iqtisadi amillərlə bağlıdır. Türkiyədəki qiymət artımı və valyuta kurslarının təsiri, İrana olan marağın artmasına səbəb olub. Bununla yanaşı, alternativ istiqamətlərə olan maraq da artmaqdadır”.
Leyla Turan 
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 May 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri