Türkmənistan Azərbaycanın hədiyyəsini belə qarşıladı VİDEO
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Gəmiqayırma Zavodunda inşa edilən və Azərbaycanın Türkmənistana hədiyyə etdiyi "Dostluq" neftdaşıyan tankeri Türkmənbaşı Beynəlxalq Dəniz Limanına çatıb.
Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, gəminin və ekipajın qarşılanması münasibətilə limanda rəsmi şəxslərin, liman əməkdaşlarının və gənclərin iştirakı ilə bayram tədbiri və konsert proqramı təşkil olunub.
"Dostluq" tankeri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıya rəsmi səfəri zamanı təqdim edilib və Azərbaycan-Türkmənistan arasında iqtisadi, nəqliyyat və mədəni əməkdaşlığın yeni rəmzi kimi qiymətləndirilir. Müasir təhlükəsizlik və ekoloji standartlara uyğun inşa edilən gəminin uzunluğu 141 metr, eni 17 metr, yükgötürmə qabiliyyəti isə təxminən 8 min tondur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 30 İyun 2026 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















