Türkmənistanlı ekspert: Zəngəzur dəhlizi türk dünyasının birliyinin simvoludur
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Zəngəzur dəhlizi türk dünyasının birlik rəmzidir.
APA xəbər verir ki, bunu “CAREC” layihə ofisinin direktoru Türkmənistandan olan Mergen Kepbanov noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətlər Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda deyib.
“Zəngəzur dəhlizi iqtisadi, mədəni sahədə və ictimai diplomatiyanın gücləndirilməsində, eləcə də digər sahələrdə türk dünyasında əməkdaşlığın inkişafına şərait yaradır. Türkmənistan türk dünyasının bütün ölkələri ilə hər bir sahədə əməkdaşlığın möhkəmləndirilməsinə hazırdır”, - Mergen Kepbanov bildirib.
O qeyd edib ki, Zəngəzur dəhlizi təkcə nəqliyyat layihəsi deyil, həm də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin strateji həmrəyliyinin və iqtisadi birliyinin simvoluna çevrilib: “Türkmənistan qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsi, enerji və tranzit sahələrində ümumi layihələrə qoşulmaq niyyətindədir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 24 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















