Icma.az
close
up
RU
TÜRKPA “Ağıllı şəhər və kənd haqqında” model qanun hazırlayır

TÜRKPA “Ağıllı şəhər və kənd haqqında” model qanun hazırlayır

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib. Sovetlər ittifaqı dağıldıqdan sonra türk dövlətləri ilə münasibətlər qurmaq və  inkişaf etdirmək Azərbaycanın xarici siyasətində prioritet olub. Artıq bu gün türk dünyasının birliyi reallığa çevrilməkdədir. Türk Dövlətləri Təşkilatının yaranması, siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır.

TÜRKPA-da qanunvericilik təcrübəsi aparılır

Son illər regionda və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirib. Bu mənada, türk dövlətlərinin müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlığı da xüsusi vurğulanmalıdır. Belə təşkilatlardan biri Türk Dövlətləri Parlament Assambleyasıdır (TÜRKPA). Xatırladaq ki, Türk Dövlətləri Parlament Assambleyası 21 noyabr 2008-ci ildə İstanbul şəhərinin Dolmabaxça Sarayında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərlərinin imzaladığı sazişlə təsis olunub. 29 sentyabr 2009-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində TÜRKPA-nın I plenar sessiyası keçirilib. Plenar sessiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsi haqqında qərar qəbul edilib. TÜRKPA sədrliyi rotasiya üsulu ilə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir. TÜRKPA Katibliyi Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik olan qurumdur.

Təşkilatın məqsədləri sırasına parlament diplomatiyası vasitəsilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək, eləcə də tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması daxildir. Təşkilat həm də, tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə kömək göstərir.

Eyni zamanda, təşkilata üzv ölkələrin qanunvericiliklərinin, o cümlədən mədəni irsin və tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə türk dövlətləri üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinə yönəlmiş qanunvericiliklərinin inteqrasiyası üzrə tövsiyələr vermək də TÜRKPA-nın fəaliyyətində vacib yer tutur. Bundan başqa, türk dövlətləri və digər region ölkələri arasında qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlığın inkişaf etdirilməsi diqqət mərkəzindədir.

Təşkilatın İqtisadi əməkdaşlıq komissiyasının 13-cü iclasında...

Yeri gəlmişkən, aprelin 7-də Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının  İqtisadi əməkdaşlıq komissiyasının “TÜRKPA üzvü olan dövlətlərin birgə iqtisadi fəaliyyətinin həyata keçirilməsinin reallıq və perspektivləri” mövzusunda 13-cü iclası keçirilib. Qazaxıstan Parlamenti Məclisinin üzvü, TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədri Anas Bakkojayev türk dövlətlərinin dünya iqtisadiyyatındakı payı, eləcə də qarşılıqlı ticarət dövriyyəsinin həcmi barədə danışıb. O vurğulayıb ki, türk dövlətləri arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişləndirilməsi, daxili ticarətin artırılması iqtisadi diversifikasiyanın təmin olunmasına, ümumi iqtisadi potensialın daha səmərəli reallaşdırılmasına xidmət edir.

Sonra Milli Məclisin komitə sədri Fazil Mustafa çıxış edib. O, Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikrinə istinad edərək bildirib ki, TÜRKPA çərçivəsində birliyin davamlılığının mühüm şərtlərindən biri də güclü iqtisadi əsasların formalaşdırılmasıdır. Komitə sədri vurğulayıb ki, türk dövlətləri arasında iqtisadi inteqrasiya prosesi müasir dövrün çağırışıdır. Bu baxımdan, TÜRKPA çərçivəsində parlamentlərarası əməkdaşlıq iqtisadi inteqrasiyanın normativ-hüquqi və institusional bazasını gücləndirmək üçün mühüm rol oynayır.

F.Mustafa Azərbaycanın türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsini prioritetdə saxladığını deyib və bugünkü iclasın uzunmüddətli əməkdaşlığın praktik mexanizmlərinin müzakirəsi baxımından səmərəli olacağına inamını bildirib.

Milli Məclisin deputatı Ağalar Vəliyev çıxışında TÜRKPA-ya üzv dövlətlər arasında mövcud iqtisadi layihələrin, o cümlədən birgə müəssisələr və investisiya təşəbbüslərinin, eləcə də azad iqtisadi zonaların imkanlarının daha geniş araşdırılmasının və bu əsasda perspektivli əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət TÜRKPA çərçivəsində çoxşaxəli iqtisadi əlaqələrin genişlənməsinə, ticarət münasibətlərinin stimullaşdırılmasına və qarşılıqlı investisiyaların təşviqinə əlverişli şərait yaradır. Bildirilib ki, Milli Məclis tərəfindən bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə ardıcıl iş aparılır.

Sonra TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının sədr müavini, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Bekmurza Ergeşov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Mahmut Rıdvan Nazırlı, Cemal Enginyurt, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma, Şimali Kiprin Bakıdakı nümayəndəsi Ufuk Turganer, TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatı Katibliyinin departament direktoru İsrail Tilegen çıxış ediblər. Onlar TÜRKPA çərçivəsində ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlığın konseptual əsaslarının müəyyənləşdirilməsi, eləcə də səmərəli əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Daha sonra Anas Bakkojayev iclasın əsas mövzu üzrə hazırlanmış tövsiyə qərarının layihəsini, komissiya sədrinin müavini Bekmurza Ergeşov hesabat məruzəsinin layihəsini, komissiyanın katibi Baurjan Datkayev “Birgə müəssisələr haqqında” model qanun layihəsini müzakirəyə təqdim ediblər. Komissiya üzvləri hesabat məruzəsini, tövsiyə qərarını və model qanun layihəsini təsdiqləyiblər.

İclasda Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin Mülki hüquq qanunvericiliyi sektorunun müdiri Azər Səmədov Azərbaycan tərəfinin təşəbbüsü ilə hazırlanan və komissiyanın gələn iclasında baxılması nəzərdə tutulan “Ağıllı şəhər və kənd haqqında” model qanunun layihəsi barədə məlumat verib.

Sonda komissiyanın növbəti iclasının gündəliyi, mövzusu və tarixi müəyyənləşdirilib.

Seminarda nələr müzakirə olunub?

Qeyd edək ki, TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının 13-cü iclası çərçivəsində “Birgə iqtisadi fəaliyyətin həyata keçirilməsi üçün perspektivli sənayelər: aktorlar və amillərin birləşdirilməsi yolları” mövzusunda seminar keçirilib. Seminarda TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının sədri, Qazaxıstan Parlamenti Məclisinin üzvü Anas Bakkojayev, İqtisadi əməkdaşlıq komissiyasının sədr müavini, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Bekmurza Ergeşov, Milli Məclisin komitə sədri Fazil Mustafa, İqtisadi əməkdaşlıq komissiyasının üzvü, Türkiyə Böyük Millət Məclisinin deputatı  Mahmut Rıdvan Nazırlı, TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali, Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşaviri Gülixar Yavaş və digərləri çıxış ediblər.

Çıxışlarda TÜRKPA-ya üzv ölkələr arasında birgə iqtisadi fəaliyyətin reallıqları və perspektivləri, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi ilə bağlı fikirlər səsləndirilib. Türk dövlətlərinin iqtisadiyyatının  rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, iqtisadi təhlükəsizliyin təmin edilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, birgə səmərəli əməkdaşlıq və inteqrasiya, iqtisadi, ticarət, təhlükəsizlik sahələrində qarşılıqlı faydalı əlaqələr iqtisadi artımın sürətləndirilməsinə geniş imkanlar yaradır, ölkələrin hərtərəfli tərəqqisinə xidmət edir. Fikir mübadiləsi zamanı Türk dünyasında iqtisadiyyatın müxtəlif sektorlarında  birgə layihələrin icrası imkanları, aktorların və amillərinin effektiv əlaqələndirilməsi yollarının müəyyənləşdirilməsi, dayanıqlı inkişafın təşviqi, ticarət və investisiya əlaqələrinin intensivləşdirilməsindən söhbət açılıb. Tarixi, mədəni və coğrafi baxımdan bir-birinə yaxın olan üzv ölkələr arasında sıx əməkdaşlığın davamlı inkişafı təmin edəcək birgə təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcəyi bildirilib.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Aprel 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see379

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see352

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see340

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see300

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see284

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see266

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see254

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see253

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see250

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see234

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see233

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see233

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see223

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see220

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see218

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see201

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see200

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see198

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri