Icma.az
close
up
RU
TÜRKPA Baş katibi TİKA sədrini qəbul edib

TÜRKPA Baş katibi TİKA sədrini qəbul edib

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsən TÜRKPA Beynəlxalq Katibliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Ereni qəbul edib. Ziyarət Baş katib Ramil Həsənin vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətlə baş tutub. SİA xəbər verir ki, Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, eləcə də komissiya katibi Kadir Yamanın da qatıldığı görüşdə TİKA sədrinin müşaviri Sefa Bekar və TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik iştirak ediblər.Səmimi mühitdə baş tutan görüşdə Baş katib səfir Ramil Həsən qanunvericilik zəminində üzv parlamentlər qarşısında vəzifələrin funksional şəkildə icra edilməsi məqsədilə yeni yanaşmaların işlənib hazırlandığını vurğulayıb. Baş katib üzv dövlətlərə edilən rəsmi səfərlər zamanı parlament sədrləri və müvafiq nazirliklər səviyyəsində bu təşəbbüslərə verilən güclü dəstəyi qeyd edib.Baş katib Ramil Həsən öz çıxışında türk dünyasında TİKA-nın üzərinə düşən mühüm rolunu və əldə etdiyi nailiyyətləri vurğulayıb. O, sədr Erenə yeni təyinatı münasibətilə təbriklərini çatdırıb.Görüşdə tərəflər arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində bir sıra məsələlər nəzərdən keçirilib. Bu kontekstdə kadr potensialının artırılmasına yönəlmiş beynəlxalq təcrübə imkanları, türk dövlətlərinin parlamentləri arasında qanunvericilik sahəsində qabaqcıl təcrübə və təcrübə mübadiləsi ilə bağlı layihələr, türk dünyası gündəminin beynəlxalq ictimai rəyə səmərəli şəkildə çatdırılması üçün birgə layihələrin hazırlanması müzakirə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see919

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see357

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see266

Azərbaycan və Türkiyənin milli maraqları əleyhinə fəaliyyət göstərənlər FOTO

26 İyul 2026 22:05see255

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see235

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see217

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see209

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see205

Qaret Beyl karyerasını bitirdikdən sonra müflis olmaqdan qorxub

27 İyul 2026 00:26see204

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see202

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see201

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see198

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see197

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see192

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see192

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see190

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see181

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see179

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see175

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri