Icma.az
close
up
RU
Türkün yaradılış düşüncəsində müqəddəs sayılan odu ayaqlamaq, bəd niyyət söyləmək olmaz Video

Türkün yaradılış düşüncəsində müqəddəs sayılan odu ayaqlamaq, bəd niyyət söyləmək olmaz Video

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bu gün Novruza qədər olan çərşənbələrdən ikincisi Od çərşənbəsidir. Od çərşənbəsi regionlarımıza görə, müxtəlif adlarla adlandırılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ikinci çərşənbə Od çərşənbəsi od kultuna istinadəndir.

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova

“Deyilənə görə suyun təmizləmədiyini od yandırar, təmizləyə-təmizləyə çıxarar”-deyə İlhamə Qəsəbova bildirib.

Alim qeyd edib ki, bölgələrimizdə çərşənbələrin adları müxtəlif şəkildə adlandırıla bilər. “Üzgü çərşənbə”, “Kül çərşənbəsi”, “cığırıqçı", “Xəbərçi” və s. müxtəlif adlarla adlandırılmasına baxmayaraq, mahiyyət etibarilə Novruz bayramının gəlişini ifadə edən çərşənbədir.

“Od kultu hər zaman türkün yaradılış düşüncəsində müqəddəs sayılır. Oda bəd niyyət söyləmək olmaz, odu ayaqlamaq olmaz, oda tüpürmək olmaz. Oda kiməsə bəddua etmək üçün nəyisə tapşırmaq qeyri-mümkündür. Bunu insanlar etmir. Od, həm də göyün yer üzündə qələbəsidir. Od, qaranlığın günəş üzərində qələbəsidir. Od hər zaman istiliklə birləşmək deməkdir”-deyən İlhamə Qəsəbovanın fikrincə, od çərşənbəsində inanca görə mütləqdir ki, od qalansın, tonqal qalansın.

İlhamə Qəsəbova danışır ki, keçmiş zamanda dədə-babalarımız bir az hündür yerlərdə, təpələrdə od qalayardılar ki, od bütün istiliyi ilə ətrafa istilik versin.

“Hətta keçmişdə Günəşi çağırma, günəşi əzizləmə, günəşi müqəddəsləşdirmə kimi bir ənənəmiz olub, amma indi bu ənənə unudulub. İnanca görə, əgər həmin gün Günəşə xoş sözlər deyilərdisə, Günəş bir il boyunca həmin el-obaya xoşbəxtlik, səadət bəxş edə bilərdi.

Qərb bölgələrində və Qarabağ bölgələrində adətlər var ki, bunu kişilər daha çox icra edir və bunun hazırlıq mərhələsi Novruz bayramının digər adətlərində fərqli kişilərə istiqamətləndirilir. Kişilər yandırmaq üçün lopalar hazırlayardılar. Evlərdə neçə nəfər varsa, uşaqların sayına uyğun olaraq, lopaları hazırlayır və onu çox sərt məftillə bağlayırlar ki, açılmasın. Onları neftə qoyurlar və hər uşaq özünün adına uyğun olaraq, göyə bir lopa atıb göy üzünü işıqlandırırdı. Daha sonra bu lopalar evdə asılı vəziyyətdə qalır, yandırılır, evə işıq saçır”-deyə İlhamə Qəsəbova bildirib.

Alim qeyd edib ki, inanca görə, Od çərşənbəsində dünyasını dəyişən əzizlərimizin ruhu evlərimizi ziyarət edir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Mart 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri