Turla Lerikə gedən 62 yaşlı qadın hündürlükdən yıxıldı FOTO
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Turla Lerik rayonuna gedən 62 yaşlı qadın hündürlükdən yıxılaraq xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə Lerik rayonunun Sıvakəran kəndi ərazisində baş verib. Qax rayon sakini 1963-cü il təvəllüdlü Elmira Vaqif qızı Abbasova turla Lerik rayonuna səfər edib. Qrup üzvləri Sıvakəran kəndi ərazisində olan şəlaləyə baxmağa gedərkən E.Abbasovanın ayağı sürüşərək hündürlükdən yıxılıb.
Dərhal əraziyə FHN Cənub Regional Mərkəzinin 6 nəfərdən ibarət xilasediciləri cəlb olunub. Xilasedicilər meşənin 500 metr dərinliyinə piyada yol qət ediblər və xəsarət alan şəxsə elə yerindəcə ilkin tibbi xidmətlər göstəriblər. Sonra xüsusi avadanlıq vasitəsilə E.Abbasovanı hündürlükdən çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
Xəlil Əliyev
Baxış sayı:106
Bu xəbər 09 May 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















