Icma.az
close
up
RU
“Turşular düzgün saxlanmasa, ölümcül nəticələr verə bilər” Mütəxəssisdən XƏBƏRDARLIQ

“Turşular düzgün saxlanmasa, ölümcül nəticələr verə bilər” Mütəxəssisdən XƏBƏRDARLIQ

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tovuz rayonunda bir ailənin üç üzvü turşu yeyib və ondan zəhərləniblər.

Bəs turşulardan hansı hallarda zəhərlənmə baş verir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən qida mütəxəssisi Asim Vəliyev bildirdi ki, son dövrlərdə turşudan zəhərlənmə halları artıb:

"Qida zəhərlənmələri əsasən ev şəraitində hazırlanmış konservlərdə, turşularda gigiyenik və texnoloji qaydalara riayət edilmədikdə baş verir. Bu cür zəhərlənmələr əsasən məhsulun düzgün hazırlanmadığı, saxlanma şəraitinin pozulduğu və qablaşdırmanın keyfiyyətsiz olduğu hallarda müşahidə olunur. Turşular əsasən sirkə, duz və digər konservantlarla hazırlanır. Bu məhsullar mikroorqanizmlərin çoxalmasının qarşısını alsa da, gigiyena şərtləri və temperatur rejimi pozulduqda təhlükəli bakteriyalar artmağa başlayır. Botulizm ən təhlükəli haldır. Bu bakteriya hava keçirməyən qablarda, xüsusilə evdə bağlanan bankalarda çoxalır. Turşu hazırlanarkən tərəvəzlər yaxşı yuyulmayıbsa, sirkə-duz miqdarı azdırsa, bakteriyalar toksin ifraz edir. Bu toksin çox güclü sinir zəhəridir. Az miqdarı belə insan üçün ölümcül ola bilər".

Müsahibimizin sözlərinə görə, zədələnmiş, paslı qapaqlar hava və mikroorqanizmlərin içəri keçməsinə səbəb olur:

"Nəticədə turşu xarab olur. Turşular sərin və günəş şüasından uzaq yerdə saxlanmalıdır. Yüksək temperaturda fermentasiya prosesi davam edir. Turşuda zəhərli maddələr əmələ gələ bilər. Bəzi hallarda metal qaşıqlarla, uyğun olmayan qablarla təmas nəticəsində kimyəvi maddələr turşuya qarışır. Bu hal da zəhərlənməyə səbəb olur. Bazarda satılan bəzi turşulara rəng, dad və qoxunu artırmaq üçün kimyəvi maddələr əlavə edilir. Bu maddələrin bəziləri allergik və toksik təsir göstərə bilər. Turşudan zəhərlənmənin ilk əlamətləri 2-12 saat ərzində özünü qusma, ürəkbulanma, qarın ağrısı, ishal, başgicəllənmə, halsızlıq, yüksək hərarət, gözlərin dumanlanması, nitqin çətinləşməsi, əzələ zəifliyi və tənəffüs problemləri ilə göstərə bilir. Bu əlamətlərdən biri də müşahidə olunsa, dərhal tibbi yardıma müraciət etmək lazımdır. Özbaşına müalicə vəziyyəti daha da ağırlaşdıra bilər".

Asim Vəliyev bildirdi ki, ev şəraitində turşu hazırlayarkən bəzi qaydalara ciddi riayət edilməlidir:

"Tərəvəz və meyvələri bol su ilə yumalı, zədələnmiş hissələr kəsib atmalıyıq. Bankalar və qapaqlar sterilizə edilməlidir. Qaynar suda və ya buxarda dezinfeksiya oluna bilər. Sirkə və duz nisbəti düzgün olmalıdır. Azaldılmış miqdar bakteriyaların çoxalmasına şərait yaradır. Həmçinin hava keçirməyən şəkildə bağlamalıyıq və qaranlıq yerdə saxlamalıyıq. Əgər istifadə etmədən əvvəl qapaq şişmiş, turşu bulanıq, xoşagəlməz qoxulu olarsa, onu yemək olmaz. Xüsusilə yay mövsümündə bu qaydalara əməl etmək çox vacibdir. Sənaye üsulu ilə hazırlanan turşular qismən təhlükəsiz olur. Amma saxta və ya qeyri-qanuni yolla satılan məhsullara diqqət etməliyik. Qablaşdırmanın üzərində istehsal və son istifadə tarixi, istehsalçı adı və ünvanı, saxlanma şəraiti və temperatur göstərilməlidir. Əgər bunlar yoxdursa, şübhəli haldır. Almasaq daha yaxşı olar".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri