Tusk Rutteni Polşanın hava məkanının pozulması barədə məlumatlandırıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Polşanın Baş naziri Donald Tusk NATO Baş katibi Mark Rutteyə hava məkanının pozulması barədə məlumat verib.
APA xəbər verir ki, bu barədə Tusk X-də paylaşım edib.
"Mən NATO-nun Baş katibini mövcud vəziyyət və hava məkanımızı pozan obyektlərə qarşı gördüyümüz tədbirlər haqqında məlumatlandırdım. Biz daimi əlaqə saxlayırıq", - Polşa Baş naziri yazıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub.
Polşa qırıcı təyyarələrinin ölkənin hava məkanını pozan ən azı 4 pilotsuz təyyarəni vurduğu bildirilir.
Polşanın hava məkanına naməlum obyektlərin daxil olması səbəbilə Varşava və Rzeşov şəhərlərində hava limanları bağlanıb.
Bu mövzuda digər xəbərlər:Aİ: Polşanın hava məkanının pozulması təsadüfi deyil, əlamətlər qəsdən törədildiyini göstərir
10 Sentyabr 2025 11:17
Almaniya Polşanın hava məkanının gücləndirilməsində iştirakını artırır
11 Sentyabr 2025 21:10
Rubio Polşanın hava məkanının pozulmasını təhlükəli hadisə adlandırıb
13 Sentyabr 2025 22:06
Donald Tusk dronların Polşanın hava məkanına girməsini şərh edib
10 Sentyabr 2025 11:17
Ərdoğan Rutteni qəbul etdi
13 May 2025 17:10
Baxış sayı:32
Bu xəbər 10 Sentyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















