Icma.az
close
up
RU
Gender bərabərliyi anlayışı və onun tarixi

Gender bərabərliyi anlayışı və onun tarixi

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bu, ilk növbədə iqtisadi və sosial sahədə gender bərabərsizliyi amilinin insan resurslarının keyfiyyətinin pisləşməsindən irəli gəlir. 

Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır. İnsan cəmiyyətini qadın və kişilər təşkil edir.Cinslər arasında biloji və fizioloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu o demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir. Qadın hərəkatının tarixi, bu sahədə əldə edilmiş nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik sürətdə dəyişməsindən xəbər verir. Son əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həmdə istehsalatda oynadığı rolu dəyişdirib.

 XX əsrin sonunda “Gender” anlayışı formalaşmışdır ki, bunu da “Sosial Cins” kimi xarakterizə etmək olar. Gender anlayışının əsasında qadın hərərkatı durur. Gender termininin bir çox tərifi məlumdur. Ümumiləşdirilmiş şəkildə gender anlayışı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə tutulur. Qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir.

Yenisabah.az Azərbaycanda və dünyada gender bərabərliyi ilə bağlı vəziyyəti araşdırıb:

Beynəlxalq hüquqda gender bərabərliyi

2017-ci ildən etibarən gender bərabərliyi Birləşmiş Millətlər Təşkilatının on yeddi davamlı inkişaf məqsədindən (SDG 5) beşincisi hesab edilir. Gender bərabərliyi məqsəddir, gender neytrallığı və gender bərabərliyi isə məqsədə çatmağa kömək edən təcrübə və düşüncə tərzidir. 

Müəyyən bir vəziyyətdə gender tarazlığını ölçmək üçün istifadə edilən gender pariteti əsaslı gender bərabərliyinə nail olmağa kömək edə bilər, lakin özlüyündə məqsəd deyil. Gender bərabərliyi qadın hüquqları ilə güclü şəkildə bağlıdır və çox vaxt siyasət dəyişikliklərini tələb edir. 

Qlobal miqyasda gender bərabərliyinə nail olmaq həm də qadınlara və qızlara qarşı cinsi alver, qadın öldürmə, müharibə zamanı cinsi zorakılıq, gender əmək haqqı fərqi və digər təzyiq taktikaları daxil olmaqla, zərərli təcrübələrin aradan qaldırılmasını tələb edir. UNFPA bəyan edib ki, "insan hüquqlarını təsdiq edən bir çox beynəlxalq müqavilələrə baxmayaraq, qadınların kasıb və savadsız olma ehtimalı hələ də kişilərə nisbətən daha yüksəkdir. 

Onların mülkiyyətə, kreditə, təlimə və məşğulluğa daha az çıxışı var. Bu, qismən, "qadınlar"ın arxaik stereotiplərindən qaynaqlanır. Qadınlar ailənin təminatçısı deyil, uşaq sahibi və evdar kimi damğalanması, onların siyasi cəhətdən aktiv olma ehtimalı kişilərə nisbətən daha azdır və məişət zorakılığının qurbanı olma ehtimalı daha yüksəkdir".

Azərbaycanda gender bərabərliyi

Azərbaycanda gender bərabərliyinin təşviqi istiqamətində əhəmiyyətli işlər görülüb. Bütün kişi və qadınlar arasında hüquq bərabərliyi ölkə Konstitusiyasında birmənalı şəkildə təsbit olunub. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təşviqi üzrə Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiya da daxil olmaqla bir sıra beynəlxalq sazişləri ratifikasiya edib, gender bərabərliyinin təşviqi və məişət zorakılığı ilə mübarizə üzrə qanunlar qəbul edilib. 

Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi siyasətini həyata keçirən mərkəzi icra orqanı yaradılıb. Eyni zamanda, müvafiq müddəalar sonradan qəbul olunmuş və təkmilləşdirilmiş bir sıra normativ-hüquqi aktlarda da əks olunub. Demoqrafik vəziyyətin ən son icmalına əsasən ölkədə kişi və qadınların gözlənilən ömür uzunluğunun, habelə qadınların savadlılıq səviyyəsinin artması da daxil olmaqla bir sıra irəliləyişlər müşahidə olunur. 

Eyni zamanda, əldə olunmuş nəticələr göstərir ki, 20-ci əsrin əvvəlləri ilə müqayisədə cari dövrdə qadınlar daha yetkin yaşlarında ailə qurur, daha az sayda uşaq dünyaya gətirir, kənd və ya şəhərdə yaşamaq üçün təxminən eyni imkanlara malikdir və ev təsərrüfatından kənarda gəlir gətirən fəaliyyət növlərinə daha çox cəlb olunurlar.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.   


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 May 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri