Icma.az
close
up
RU
Tütün əkinlərinin də sığortalanmasına başlandı

Tütün əkinlərinin də sığortalanmasına başlandı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda tütün əkini sahələri üzrə aqrar sığorta müqavilələrinin imzalanması dövrü başlayıb. Bu barədə XQ-yə Aqrar Sığorta Fondundan verilən məlumatda bildirilib ki, ölkəmizdə dövlət dəstəyi ilə təqdim edilən sərfəli aqrar sığorta mexanizmi bir sıra bitkiçilik məhsulları kimi, tütün sahələrini də çoxsaylı risklərdən qoruyur. Ölkədə tütünçülük sahəsində yüzlərlə fermer fəaliyyət göstərir və gəlir əldə edirlər. Aqrar sığorta mexanizmi fermerlərin gəlirlərini qorumağa imkan verir. 3,2 min hektar sahədə tütün becərilir, bunun 2,6 min hektarı ailə, fermer və kəndli təsərrüfatlarının payına düşür. Tütün sahələrindən hər il 8 min tondan artıq məhsul toplanır. Həmin məhsul ölkə daxilində tütün məmulatlarının istehsalı üçün xammal kimi istifadə edilir və dolayısı ilə ixraca dəstək verir.

Tütün bitkisi, əsasən, Şəki–Zaqatala, Gəncə–Daşkəsən, Naxçıvan və Lənkəran–Astara iqtisadi rayonları üzrə, ümumilikdə, 9 rayonda becərilir. Əkin sahələrinin böyük hissəsi Şəki–Zaqatala regionunun payına düşür. Belə ki, hazırda Şəki rayonunda 1805 hektar, Qaxda 474 hektar, Zaqatalada 403 hektar, Oğuz rayonunda 177 hektar, Balakəndə 43 hektar, Qəbələdə isə 10 hektar ərazidə tütün əkilib. Bununla yanaşı, Goranboyda 180 hektar, Naxçvan Muxtar Respublikasının Kəngərli rayonunda 20 hektar, Masallı rayonunda isə 15 hektar sahədə tütün becərilir.

Hər hektardan orta məhsuldarlıq 27 tona bərabərdir. Bu sahədə ən yüksək məhsuldarlıq isə Balakən (35 ton) və Şəki (30 ton) rayonlarındadır. Ümumilikdə isə, hazırda ölkəmizdə yüzlərlə fermer və təsərrüfat tütün təsərrüfatı ilə məşğuldur. Onların və ailələrinin gəlirləri, eləcə də rifah səviyyəsi tütün sahələrindən toplanan məhsul və onun satışından birbaşa asılıdır.

Qeyd edək ki, təbiət hadisələrinə qarşı həssas olan tütün bitkisi müxtəlif səbəblərdən zərər görə bilər. Tütün sahələrinə ən çox dolu, sel-subasma, leysan yağışları və üçüncü şəxslərin hərəkətləri kimi hadisələr zərər vurur. Bundan əlavə, tütün məhsulu doludan keyfiyyət itkisi riskinə qarşı da həssasdır. Təkcə onu qeyd etmək kifayətdir ki, dolunun korladığı tütün yarpaqları keyfiyyətini itirdiyinə görə əvvəlki dəyərindən, təqribən, 3 dəfə ucuz satılır. Belə hallar nəticəsində fermerlər gəlirlərini itirə, hətta ağır borc yükü ilə üzləşə bilərlər. Aqrar sığorta mexanizmi isə bu vəziyyətdə fermerlərin gəlirlərini qorumağa imkan verir.

Məlum olduğu kimi, aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənildiyi üçün fermerlər tütün sahələrini olduqca sərfəli şərtlərlə sığortalaya bilərlər. Belə ki, 1 hektar sahədən orta hesabla 20 ton tütünün yığıldığını və məhsulun kiloqramının qiymətinin 0,3 manat olduğunu nəzərə aldıqda həmin sahədən toplanan məhsulun qiyməti 6 min manat təşkil edir. Şəki–Zaqatala bölgəsində bu həcmdə məhsulun çoxsaylı risklərdən sığortalanması isə fermerə cəmi 250-260 manata başa gələcək.

Aqrar sığorta mexanizmi çərçivəsində tütün sahələri üzrə fermer və təsərrüfatlara indiyədək, ümumilikdə, 186 min manat ödənişlər həyata keçirib. Bu ödənişlər Balakən, Qax, Şəki və Zaqatala rayonlarında tütün sahələrinə dolu, fırtına və sel-subasma hadisələri üzrə edilib. Sığorta ödənişləri bu il də davam etməkdədir.

Qeyd edək ki, tütün sahələrinin sığortası aprel ayında başlayır və may ayının sonunadək davam edir. Məhsulu vaxtında sığortalamaq onu daha çox riskdən, o cümlədən may ayında baş verən leysan yağışlardan qorumağa imkan verir. Bu səbəbdən də Aqrar Sığorta Fondu tütün becərən fermerləri öz məhsullarını qorumağa və sığortalamağa çağırır.

M.YAQUBZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Aprel 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri