Icma.az
close
up
RU
Tuva diyarı: Göy Türk uluslarının yurd ocaqları

Tuva diyarı: Göy Türk uluslarının yurd ocaqları

Icma.az bildirir, Turkstan.az portalına istinadən.


Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin müəllimi

Ər Hun və Göy/Sarı Türk soylu, əski Türkdilli ulusların (Sak/Saxa, Quz/Oğuz, Qıpçaq/Qırğız, Moğol/Uyğur...) yayıldığı Sayın/Sayan dağlarının qoynu minilliklərin tarixini yaşadan coğrafi adlarla daşlaşıb, meşə ilə örtülü və çılpaq sıldırmlı zirvələrlə naxışlanıb. “Sayan” orotoponimi etimoloji təhlil baxımından tarixi, coğrafi və filoloji tərkibcə “Sayılan”, “Sayca üstünlük təçkil edən,Yüksək məqam sahibi”, “Hörmətli səviyyəsində olan”..mənasına rəğmən, qədim, amma unudulmayan Türkdilli Ailə və Dil etnosoyların yazı və danışıq üslubunda qorunub saxlanılıb, məna dəyərini qorumuş, dil-ünsiyyət şaxələnməsinə nail olunmuşdur.

Bəygöl/Baykal gölü və YeniSu/Yenisey çayı hövzəsinin qədim/qayım türk uluslarının əzəli coğrafi məkanları olduğundan Türk dilinin ilkin qramatik strukturu, morfofonetik üslubuna...məhz burada rast gəlinir, dini-sakral dünyadərkinin ilkinliyi saxlanıldığı kimi, bu ruha köklənən əsatirlərin, əfsanələrin, rəvayətlərin, mistik ruhların/hökmlərin...yayılma, köklənmə zənginliyi ifadə olunmaqdadır.İlk növbədə adı çəkilən hövzə arasında yerləşən Sayan dağları bu baxımdan, əski Türkdilli toponimlərin çuğlaşdığı tarixi ərazidir, Tuva diyarını tutur.

“Tuva” antrotoponimi etimoloji baxımdan bu torpağın kökənli Tufa/Tuvi...qəbiləsinin adı ilə bağlıdır, onların sayı 700 nəfərə qədərdir, Şərqi Sayan dağının ətəklərində, uca yüksəklik, meşə qurşağında yaşayırlar. 1930-cu illərədək onlar “Qaraqaşlı” kimi qeydiyyata alınıb, dillərində “adam” çağrılanda “kişi” deyə müraciət edilir.

Türkdilli qəbilə-tayfa İttifaqı və xalqlarının doğma Altay Ailəsinin adını yaşadan Altay diyarının şimal-şərqini, Sibir düzəngahının cənubunu tutan Şərqi və Qərbi Sayan dağlarının yaşı 400 milyon ilə bərabərdir. Türkdilli Sayan/Sayın (“Üstün yer tutan, hörmət edilən, sayılan soy”mənasında) qəbiləsinin/tayfasının adını yaşadır. Hər iki silsilənin tarixi qədim, zirvələri uca, daimi qar-buz örtülü olmaqla qoynunda əsrarəngiz təbiət gözəllikləri (Qərbi Sayan dağlarında “Ərqaiki” (“Barmaqlar”) şiş uclu, sivri, yalçın qayalıqlar...əfsanəyə görə Sayın Bahadur Ərənin qardaçının barmaqları-torpağa gömülüb, Ərən İgid həm də bu gözəlliklərin mühafiziçisi kimi xalq yaddaşının qəhrəmanıdır...) göz oxşayır, tarixi və gözəlliyi ilə məşhur olan bu yerlərin seyrinə dünyanın hər yerindən gələnlərin sayı milyonlarladır.

Yeni Su/Yenisey çayının sol sahilindən Bəygöl/Baykal gölünədək şimal-qərbdən cənub-şərqə doğru 1000 km məsafədə uzanan Şərqi Sayan dağlarının ən uca Munqu-Sardıq zirvəsi 3491 m-dir, Moğol diyarına düşən hissəsinin ətəklərində isə Bəygöl/Baykal gölünün “kiçik qardaşı”, 2209 m yüksəklikdə yerləşən Xubsu-Nur (Ab/Ob/Su) gölü ləpələnir...ona şərqdən çoxlu çaylar tökülür, şimal-şərqdən isə yalnız bir çay axır-Bəy Hun Qədir/Bayun-Kadır...

“Böyük, hündür, uca dağ. zirvə” mənasında açması olan “Munqu-Sardıq” orotoponimi eramızın I minilliyində Türküstan diyarında məskunlaşmış Mingü, Məngü, Mangü....tayfalarının (Çığatay Türklərinin sələfləri) əski yurd yerləri olmuş, digər oro/antrotoponimlərin (Manqustau yarımadası və şəhəri, Mancuriya- Uzaq Şərqdə tarixi vilayət və Moğol diyarının mərkəzində şəhər, Məngənə dağı (720 m) Füzuli şəhərindən qərbə 3 km aralı ucalır...) yaranmasına da səbəb olmuşdur. Hun qəbilə İttifaqının cənub qolundan yaranan Hun/Quz (Mancur) soyu qəbilələri həm də, Yeni Su Qırğızlarının da etnogenetik şəcərəsində əsas yer tutur. Twrkwstan diyar;nda XVIII əsrdə Buxara və Xivəkənd/Kokand xanlığının əsasını qoymuş Şahrux xan Minglər fateh Çingiz xanın (1162-1227) oğlu Mingən soykökünün daşıyıcısı olub.İsmayıllı rayonu ərazisində, Girdman çayı sahilində Mingə kəndi, yaxınlığında Hunaşkun bulağı çağlayır (Çingiz xanın məşhur sərkərdələrindən biri də Hunaşku idi). Türkdilli tayfalarda onbaşı. yüzbaşı, minbaşı...ifadələrinin işlənilməsinin etimoloji kökündə “saylı topluya mənsub olmaq” mənası indi də işlədilir.

“Monqol/Moğol” sözkökü Minli tayfasının uzun illər ərzində köçəri həyat tərzinin təsiri ilə dil-leksik təəffüzün, şifahi danışıq tərzində dəyişikliyə uğraması, son nəticədə “Min”,”Ming”, Mang”, “Monq”...kimi fonetik və yazılı təsdiq tapmasına səbəb olmuşdur.

Bəygöl/Baykal gölünün ətrafında yaşayan əski Mingenlər xeyli saydadır...

Şərqi Sayan dağlarının bir qolu olan Man Ağdağı (daimi buz örtüyünə büründüyünə işarədir) 250 km uzanır, hüdudlarında Man/Min çayı (uzunluğu 475 km) axır, bu çayın mənsəbindən, çayın sağ sahilindən 4-20 km aralı bölgənin milli-təbii “abidəsi” –“Yalçın Qaya Sütunları” yaranıb, Yeni Su/Yenisey çayı sahillərində və 30 iyun 1925-ci ildən bu 47 219 hektar sahə həm qorunur, həm də təbiət incisi kimi “milyonların gözü ilə” seyr edilir.

Xubsu-Nur (Ab/Ob/Su) gölü hidronim olaraq Tuva dilində “Usla göl” kimi tələffüz edilir, dini-sakral, mistik ruhların dolaşdığı su hövzəsi kimi qiymətlənir, ətrafında bir neçə min illik tarixə malik məskunlaşma yurdları, kurqanlar, maral daşlar, Hunlara, Yeni Su/Yenisey Qırğızlarına, Moğollara...məxsus qayaüstü petroqrafik yazılı daş səhifələr vardır. İlk növbədə Bu amil nəzərə alınaraq 2003-cü ildən bu göl YUNESKO-nun Ümumdünya İrs abidəsi olaraq qeydə alınıb. Göldən 27 km şimal-qərbdə Ulan-Qol (“Böyük yer”) şəhəri salınıb.

Şərqi Sayan dalıq silsiləsinin mərkəzi hissəsində də Xubsu-Nur (“Dar dərə gölü”) gölü vardır.Bu hövzədə əski Türkdilli yer adlarının etnogenezisində Sak-Hun-Quz-Uyğur...ailə-dil şəcərəsinin çoxsaylı qollarına mənsub dilqrammatikası, Altay, Aral/Ural ailəsinin kökənli fonetik semantikası...üstünlük təşkil etməkdədir, xüsusilə e.ə. əsrlər-minilliklər ərzində yaranan, sonrakı mərhələdə şifahi tələffüz, dialekt, şivə...dəyişikliklərinə uyğrayan toponimlərdə...

Silsilə özündə bir sıra əski Türkdillərindən qalma bir çox yer adlarını qoruyub saxlamaqdadır: Çerbi aşırımı, Kilid-Zərəm-Nur gölü, Ərşan və Dunda-Qala vadiləri, qədim Qal-Nurman məbədi, Xeyirxan və Sarıdağ yüksəklikləri....

Şərqi Sayanların mərkəzi hissəsində, 2240 m hündürlükdə yaranan Kilid-Zərrin-Nur gölü (cənubunda Çerbi aşırımı yaranıb) sahilində yeraltı dünyanın ruhlarının uyuduğu məkan mövcuddur, xalq deyiminə görə. Bu göl Bəy Hun-Qədir-Su çayı (Barun-Xadarus) vadisinin yuxarı hissəsində yerləşir...

Ərşan vadisində yerləşən Qal-Nurman məbədi haqqında əfgsanə və rəvayətlər Tuva elatında dini-mistik ruhların varlığına inamı, Xeyir qüvvələrin qələbəsinə rəğmən Şər toplum üzərində qələbəni tərənnüm edir, Ulu Ata Tanrısı şərəfinə sakral Ruhun varlığına etiqadın hələ də qorunub saxlanıldığı məkan kimi qəbul edilir.

Dini-mifoloji təlim və təriqətlərin geniş yayıldığı Sayın/Sayan dağlıq qurşağının qərbində Xan Hurmas Allahı mistik inancların qoruyucusu olaraq əfsanələşmişdir.

“Sarıdağ” orotoponimi etimoloji mənası yüksək dağlıq ərazilərin, meşə örtüyü olmayan uca, hündür relyef qurşağının qızılı rəng almasına işarədir, qədim Türk anlamında meşəsiz ərazilərin çalarına uyğunluğu ilə bağlıdır, iqlim şəraitindən asılı olaraq.

Bu hal Talış dağlıq silsiləsində də müşahidə edilir.

Görünən odur ki, əski Türk izi düşən yerlərə aid Türk kökənliyinin mənəvi irs ruhu, dini-sakral, mistik anlamı qorunub saxlanılmaqdadır...yad təsirlərin gücündən asılı olmayaraq...

Dil zənginliyinin ifadəsi kimi təkcə toponimlərin təhlili kifayət etmir, şifahi və yazılı ədəbi nümunələrin təhlili, dini-sakral mərasimlərlə bağlı inanc motivləri, təbəddülat mərhələlərinin tarixi-coğrafi şərhi, əski xəritə və miniatür rəsmlərin, qayaüstü rəsm, daş naxışlı kalloqrafik şəbəkənin mənası...baxımından Uzaq Şərq-Sibir bölgəsinin Türkdilli salnaməsinin oxunmamış səhifələri külliyyat təşkiul edir...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 May 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see353

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see339

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see272

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see261

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see255

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see252

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see239

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see235

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see230

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see225

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see213

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see208

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see201

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see201

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see199

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see191

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see190

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see186

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see185

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri