Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel UEFA Millətlər Liqasının üşüncü turunda Xorvatiyanı 7:0 hesabı ilə məğlub etdikləri qarşılaşmanı şərh edib.
İdman.Biz xəbər verir ki, Tuxel səfərdə belə böyük hesabla qələbə qazanmalarını yüksək qiymətləndirib və komandanın 90 dəqiqə ərzində tempini qoruduğunu bildirib.
“Bəlkə də hesabı 3:0 etdikdən üç dəqiqə sonra böyük səhvə yol verdik və sadə topları itirdik. Lakin ümumilikdə hamı bütün 90 dəqiqə ərzində ən yüksək səviyyədə oyun nümayiş etdirdi. Birinci dəqiqədən sonuncuya qədər - istər start heyətində meydana çıxan, istərsə də sonradan oyuna daxil olan hər kəs mübarizə apardı. Komandanı təbrik edirəm. Səfərdə bu, həqiqətən də çox təsirli idi”, - deyə Tuxel ITV-nin efirində bildirib.
Baş məşqçi İngiltərənin yaratdığı qol imkanlarını və oyun tempini də xüsusi qeyd edib.
“Biz çoxsaylı epizodlar yaratdıq. İlk 40 dəqiqə ərzində çox əla uyğunlaşma ilə hərəkət etdik. Yadımdadır, tabloya baxıb düşündüm ki, “Vay, necə də gözəl üç dəqiqədir”. Sonra yenidən baxdım - artıq gözəl yeddi dəqiqə idi. Oyun sadəcə bir an belə səngimirdi. Biz tempi qoruyub saxladıq, boş zonalar tapdıq və onlardan istifadə etdik. Çox soyuqqanlı davrandıq”, - Tuxel vurğulayıb.
O, komandanın pressinq və müdafiədəki fəaliyyətindən də razı qaldığını söyləyib: “Əks-pressinqdə və müdafiədə təzyiqi saxladıq, yəni təməl şeyləri düzgün yerinə yetirdik. Belə əhval-ruhiyyə mənə xoş gəlir. Biz həmişə təkəbbür göstərmədən oynadıq, əsas məqamları düzgün etdik. Məhz buna görə də bu, həqiqətən də qüsursuz oyun oldu”.
Qeyd edək ki, bu qələbədən sonra İngiltərə A Liqasının üçüncü qrupunda xallarını altıya çatdırıb. Xorvatiyanın hesabında 3 xal var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:222
Bu xəbər 04 Oktyabr 2026 00:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















