Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Ölümdən sonra insanı nə gözləyir?

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Ötən onilliklərin solmayan kinolentləri

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

TVM və İnnova şirkətlər qrupu batır?

TVM və İnnova şirkətlər qrupu batır?

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 80 ünvanında yerləşən inzibati binası əsaslı təmir ediləcək. Əldə etdiyimiz məlumata görə, DSMF bununla bağlı tenderə yekun vurub. Tenderin qalibi "TVM İnşaat” MMC seçilib. Təmir işlərinə görə şirkətə 3 769 403,35 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, 25 iyul 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.

"TVM İnşaat” MMC tikinti sektorunda fəaliyyət göstərən iri şirkətlərdən biridir. Bununla belə, şirkətlə bağlı müəyyən suallar doğuracaq məqamlar da var.

Məsələn, ötən ilin sentyabrında mediada Ağdam rayonunun Xıdırlı kəndində tikilən evləri su basdığı barədə məlumat yer almışdı. Həmin məlumatda "TVM İnşaat” MMC-nin adı keçir. Məlum olur ki, Xıdırlı kəndində adi bir yağışdan istinad divarları uçan və su basan evləri "TVM inşaat” MMC tikib. 

Şirkət bu iddiaları təkzib etməyib. Hər halda açıq mənbələrdə bununla bağlı heç bir qeydə rast gəlinmir. 

Bundan başqa, "TVM İnşaat” MMC vergi borcu olduğu halda satınalma müsabiqəsində qalib elan edilib. Bu fakt da bir neçə ilə aiddir. Dövlət satınalmaları haqqında Qanuna görə vergi borcu olan şirkətlər tenderdə iştirak edə bilməz. Lakin nədənsə bu, "TVM İnşaat” MMC-yə aid edilməyib. 

"TVM İnşaat” MMC ötən il 3 tenderin qalibi seçilib. Ədliyyə və Fövqəladə Hallar nazirlikləri tərəfindən keçirilən tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 4 847 512,99 manatdır. 

Sfera.az-ın araşdırmasına əsasən,  "TVM İnşaat" MMC-nin uğursuz fəaliyyəti silsilə şəkildə davam edib, amma...

Qeyd edək ki, adıçəkilən şirkətlə Ağdam, Füzuli, Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs arasında 8 oktyabr 2024-cü ilin yanvarında Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması prosesi həyata keçirilib. Razılaşmaya əsasən, Publiki Hüquqi şəxs "TVM İnşaat” MMC-yə 135 milyon 920 min 148 manat ödəyib. Yerli sakinlərin sosial şəbəkələrdə paylaşımlarına görə, "TVM İnşaat” böyük məbləğdə vəsait əldə etməsinə baxmayaraq dövlət sifarişini nəzərdə tutulan keyfiyyətdə icra etməyib. İndi məlum olur ki, sözügedən şirkətin vəziyyəti heç də yaxşı deyil, onun maliyyə vəziyyəti müflis olmaq həddinə qədər pisləşib. Yayılan məlumatlara əsasən, "TVM İnşaat" MMC və "İnnova İnşaat" MMC şirkətlərinin faktiki sahibi eyni adamdır.

Bir zamanların tender kralı kimi tanınan TVM və İnnova şirkəti öz subpodratçılarına olan 100 milyon manatdan çox borcu da ödəmir. Subpodratçılar bu barədə media strukturlarına yolladıqları müraciətdə bildirir. Həm tikinti bazarları, həm dövlət vergi xidməti, həm də banklara külli miqdarda borcu olan bu şirkət vəziyyətdən çıxmaq üçün yeni avantüraya əl atır. Belə ki, bütün dövlət tenderlərinə dəyərindən çox aşağı, qeyri-real qiymət verərək daxil olur, özünün müxtəlif strukturlarda əlbir olduğu adamlar vasitəsilə tender müqavilələrin imzalanmasına nail olur, daha sonra isə illərlə başladığı işləri yerinə yetirə bilmədiyi üçün bitməyən mübahisələrə qərq olur. Görünən budur ki, görünməyən əllərin himayə etdiyi bu şirkət dövlətin yüz milyonlarla manat vəsaitini hal-hazırda ciddi risklərə məruz qoyub.

Araşdırmamız göstərir ki, şirkət hal-hazırda aşağıdakı işləri tamamlaya bilmədiyi üçün böyük qalmaqallar yaşamaqdadır:

1. Laçında otel kompleksi

2. Göygöldə otel kompleksi

3. Gömrük hospital

4. Ağdamın Xıdırlı kəndi

5. Ağdam şəhərində yaşayış binaları

6. Xankəndidə otel

7. Xəzər Dəniz Gəmiçilik İdarəsinin xəstəxanası

8. Penitensiar müəssisələr

9. Fizuli rayonu Dövlətyarlı kəndi

10. DSMF binaları


Dövlət qurumu rəhbərinə verilən şiddət – sənədlərdə adlar dəyişir, ünvan yox...

Bu şirkətlərin yarıtmaz fəaliyyətinə görə bu yaxınlarda adıçəkilən şirkətə sifarişlər verən dövlət qurumu rəhbərlərindən birinə şiddətli töhmət verildiyi bildirilir. Arayış üçün qeyd edək ki, rəsmi adı "TVM İnşaat" MMC olan şirkət 2016-cı ildə təsis olunub. Şirkətin VÖEN-i 1101408601-dir. 2018-ci ilə qədər şirkətin qanuni təmsilçisi Nadirov Tofiq Həmid oğlu olub. Qeyd edilən tarixdən isə sənədlərdə dəyişiklik edilib və qanuni təmsilçi Ağayev Musa Nizaməddin oğlu kimi qeydiyyata alınıb. Qanuni təmsilçinin dəyişməsinə baxmayaraq şirkətin hüquqi ünvanı əvvəl olduğu kimi qalıb: AZ1155, BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, MÜŞFİQABAD ŞTQ, MÜŞFİQABAD QƏSƏBƏSİ, ev 3D, mənzil 8.

Etender.gov.az saytında yerləşdirilən məlumata əsasən, 2020-2026-cı illərdə tamamlanmış tenderlər üzrə "TVM İnşaat" MMC səkkiz müsabiqənin qalibi olub. Şirkət bu müsabiqələrdə 136,5 milyon manat dəyərində tender qazanıb. Bu tenderlər arasında ən bahalısı Füzuli rayonu, Dövlətyarlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması olub. Bu satınalma 2024-cü ildə bağlanıb və dəyəri 97 milyon 212 min manat təşkil edib. 2024-cü ildə Ədliyyə Nazirliyi ilə bağlanan satınalma müqaviləsinin də dəyəri böyükdür. Şirkət Bakı Ağır Cinayətlər Məhkəmə kompleksinin tikintisi üçün 25,8 milyon manat alıb.


"İnnova İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2019-cu ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi Həsənli Elmar Azər oğludur. Hüquqi ünvanı: AZ3000, İMİŞLİ RAYONU, QARALAR Etender.gov.az saytınında yerləşdirilən məlumata əsasən şirkət 2025-ci ildə 3 müsabiqə üzrə tenderin qalibi olub. Bu tenderlərin ümumi dəyəri 17 milyon 355 min manat təşkil edib. Ən bahalı müsabiqə 13,4 milyon manat dəyəri olan "Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-123 üzrə binaların tikintisi işləri”nin satın alınması müsabiqəsidir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Mart 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see308

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see231

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see211

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see199

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see192

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see191

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see191

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see189

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see189

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see189

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see188

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see188

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see188

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see188

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see187

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see187

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see186

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see183

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see183

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri