U 23 boksçularımız Xorvatiyada 2 qızılın astanasında
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib. Azərbaycan millisinin iki idmançısı görüşünü qələbə ilə başa vuraraq finala vəsiqə qazanıb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Bilalhəbaşi Nəzərov (50 kq) David Zaxari (İsrail) ilə üz-üzə gəlib. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Nəzərov finalda Tevfik Akkasla (Türkiyə) gücünü yoxlayacaq.
Nicat Alırzayev (70 kq) Cemal Cemmalı (Fransa) məğlub edib – 4:1 (29:28, 30:27, 30:27, 28:29, 29:28). O, qızıl medal döyüşündə Zviad Tçotçua (Gürcüstan) ilə münasibətinə aydınlıq gətirəcək.
Digər boksçularımızdan Zidan Hünbətovla (55 kq) Məhəmmədəli Aşırəliyev (60 kq) Avropa çempionatını bürünc medalla başa vurublar.
Qeyd edək ki, final döyüşləri noyabrın 24-də olacaq.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 24 Noyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















