Icma.az
close
up
RU
Uber Niderlandda 825 milyon avro cərimələndi

Uber Niderlandda 825 milyon avro cərimələndi

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Niderlandın Məlumatların Mühafizəsi üzrə İdarəsi (AP) sürücülərin hesablarını onlara lazımi qaydada məlumat vermədən avtomatlaşdırılmış şəkildə deaktiv etdiyi üçün Amerikanın Uber platformasını 824,99 milyon avro məbləğində cərimələyib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bazar ertəsi qəbul edilən və AP tərəfindən hələ dərc olunmayan qərarda qurum Avropanın Ümumi Məlumatların Mühafizəsi Qaydalarına (GDPR) istinad edib. Bu qaydalar şəxsin "yalnız avtomatlaşdırılmış emala əsaslanan qərara məruz qalmamaq" hüququnu təsbit edir. AP-nin nümayəndəsi cümə günü AFP-yə qərarı və cərimənin məbləğini təsdiqləyib.

AP-nin təsdiqlədiyinə görə, Uber-ə qarşı Fransada verilmiş şikayətlə başlayan iş 2020-2022-ci illər arasında Avropada baş vermiş insidentlərlə bağlıdır. Amerika avtomobil sifarişi nəhənginin Avropadakı baş ofisi Amsterdamda yerləşdiyinə görə iş Niderlandda araşdırılıb.

"Biz bu qərarla, eləcə də cərimənin qeyri-mütənasib məbləği ilə qəti şəkildə razılaşmırıq və apellyasiya şikayəti verəcəyik", - deyə Uber AFP-yə bildirib.

Amerikanın avtomobil sifarişi nəhənginin sözlərinə görə, AP "bir neçə il əvvəl dayandırılmış köhnə təcrübələri" araşdırıb.

Uber sürücülərə təsir edən qərarlara "çox ciddi" yanaşdığını və bu qərarların "ədalətli" və "qərəzsiz" olmasını təmin etdiyini bildirib.

Şirkət qeyd edib: "Bu, həmin qərarların insanlar tərəfindən nəzərdən keçirilməsini, güclü müdafiə mexanizmlərinin tətbiqini nəzərdə tutur və sürücülər bizim səhvə yol verdiyimizi hesab etdikləri halda apellyasiya etmək imkanına malikdirlər".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Avqust 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri