Icma.az
close
up
RU
“Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: BU QƏDƏR CƏRİMƏSİ VAR AÇIQLAMA

“Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: BU QƏDƏR CƏRİMƏSİ VAR AÇIQLAMA

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Uber”, “Bolt” şəbəkəsindən taksi sifariş verən sərnişinlər sistemdə göstərilən avtomobilin əvəzinə ünvana başqa avtomobillərin gəlməsindən şikayətlənirlər. Ehtimal edilir ki, bu cür şirkətlər ili yeni avtomobili qeydiyyatdan keçirdikləri halda daşınma üçün köhnə avtomobillərdən istifadə edirlər. Bəs belə halla üzləşən sərnişinlər hara müraciət etməlidirlər? Qanunvericilikdə bu cür sürücüləri hansı cəza gözləyir? 

Bu barədə Pravda.az-ın suallarını cavablandıran nəqliyyat üzrə ekspert Samuran Səmədbəyli deyib ki, qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı nə qədər mübarizə aparılsa da, təəssüf ki, hələ də bir çox qayda pozuntularına rast gəlinir.

Ekspert vurğulayıb ki, sürücülərin bəziləri qeydiyyatdan icazəsi olan avtomobillə keçsələr də, daşıma zamanı icazəsi olmayan digər nəqliyyat vasitələri ilə fəaliyyət göstərirlər: “Bu cür hallar qanunsuz taksi fəaliyyəti ilə məşğul olmaq kimi qiymətləndirilir. Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşımalarına görə sürücülər 50 manat məbləğində cərimə oluna bilərlər. Bundan əlavə, taksi ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili barədə sənədləri olmayan, eyni zamanda sürücülərin buraxılış kartı və taksi minik avtomobili barədə xüsusi hazırlıq keçmələrini təsdiq edən sənədləri yoxdursa, sifariş xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün 300 manat məbləğində cərimə sanksiyaları mövcuddur. Buraxılış vəsiqəsi olmadan taksi fəaliyyəti göstərənlərə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), buraxılış kartı olmadan taksi minik avotmobilləri ilə sərnişin daşıyanlara isə həm AYNA, həm də Dövlət Yol Polisi tərəfindən cərimələr tətbiq edilə bilər. Bu kimi halları aradan qaldırmaq məqsədilə yeni taksilərdə fasiləsiz olaraq hərəkətə nəzarət etmək üçün rəqəmsal taxoqraf cihazı quraşdırılmalıdır. Bu cihaz imkan verəcək ki, avtomatik rejimdə avtonəqliyyat vasitəsinin hərəkəti, o cümlədən qət edilmiş məsafə, sürücünün iş və istirahət dövrlərinə dair bütün məlumatlar fasiləsiz qeydə alınsın. Sərnişinlər isə öz növbələrində taksi fəaliyyəti ilə bağlı hər hansı qanunauyğunsuzluq müşahidə edərlərsə, birbaşa daşıyıcı şirkətə məlumat verməlidirlər. Şikayət olunmalıdır və həmin şirkət belə sürücülər barəsində lazımi tədbirlər görməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Noyabr 2024 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri