Üç gün əvvəl döyülən 16 yaşlı Emil xəstəxanada VƏFAT ETDİ
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Lənkəranda döyülmə nəticəsində ağır xəsarət alan 16 yaşlı yeniyetmə xəstəxanada dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 3 gün əvvəl kənd sakini, 16 yaşlı Emil İbadov tanışları ilə yaranan mübahisə zamanı döyülüb. Hadisə nəticəsində baş nahiyəsindən ağır xəsarət alan yeniyetmə təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Kəllədaxili travma şübhəsi ilə reanimasiya şöbəsinə yerləşdirilən E.İbadov süni tənəffüs aparatına qoşulub.
Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Yeniyetmə reanimasiya şöbəsində dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə İ.B. polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, hadisə Kərgəlan kəndində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin həyətində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 21 Sentyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















