Icma.az
close
up
RU
Üç gün su içməsək, orqanizmdə nə baş verər?

Üç gün su içməsək, orqanizmdə nə baş verər?

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sudan imtina orqanizmdə sürətli susuzlaşma prosesini başladır və bu vəziyyət artıq üçüncü gün həyati təhlükə yaradır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, su insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan əsas elementlərdən biridir. Bədəndəki hər hüceyrə, hər orqan və bütün sistemlər normal işləmək üçün mayeyə ehtiyac duyur. Hətta qısa müddətli maye çatışmazlığı belə orqanizmdə müəyyən pozuntular yaradır, sudan tam imtina isə sonda ölümə qədər aparıb çıxara bilən zəncirvari prosesə səbəb olur.

Məlumata görə, ilk gün orqanizm vəziyyəti kompensasiya etmək üçün bütün müdafiə mexanizmlərini işə salır. İkinci gün vəziyyət daxili orqanlar üçün artıq təhlükəli mərhələyə keçir.

Üç gün su içməmək isə geri dönüşü çətin olan ağır fəsadların başlanğıc nöqtəsi sayılır.

Böyrəklər qan dövranının ciddi şəkildə zəifləməsi və duzların kritik həddə çatması səbəbindən fəaliyyətini dayandıra bilər. Bu da kəskin böyrək çatışmazlığına gətirib çıxarır. Beyin kifayət qədər maye və qanla təmin olunmadıqda şüurun qarışması, hallüsinasiyalar, güclü sayıqlama, letargiya və hətta huşun itməsi baş verə bilər.

Qanın həcmi kritik səviyyədə azaldıqda hipovolemik şok yaranır. Bu zaman arterial təzyiq çox aşağı düşür və ürək, eləcə də digər orqanlar normal şəkildə qidalanmır. Nəticədə çoxorqan çatışmazlığı başlayır. Ürək, qaraciyər və ağciyərlər zədələnə bilər. Təcili tibbi yardım göstərilmədikdə, yəni damardaxili maye verilmədikdə, komaya düşmə və ölüm riski artır.

Susuzlaşmanın ilk əlamətləri hansılardır?

Susuzlaşmanın ilk siqnalları bir neçə saat sonra özünü göstərə bilər. Bu əlamətlərə ağız quruluğu, sidiyin azalması, halsızlıq və diqqətin zəifləməsi daxildir. Mütəxəssislər bildirirlər ki, bədən çəkisinin cəmi 2-3 faizi qədər susuzlaşma belə idrak funksiyalarına mənfi təsir göstərə bilər.

Bu səbəbdən gün ərzində kifayət qədər su qəbul etmək orqanizmin normal fəaliyyəti üçün vacib hesab olunur. Xüsusilə isti hava şəraitində, fiziki aktivlik zamanı və xəstəlik dövründə maye qəbulu daha da diqqətdə saxlanmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Sentyabr 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri