Üç nəfər sənədlərin saxtalaşdırılmasına görə futboldan uzaqlaşdırıldı
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda üç şəxs müxtəlif müddətlərdə futboldan uzaqlaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Region Liqasında iştirak edən "Naxçıvan" klubunun baş məşqçisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığı üçün onun 3 (üç) il ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulub.
Eyni turnirdəki "Çinar-Zəngilan"ın idman direktoru Anar Dünyamalıyev tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığı üçün onun 3 (üç) il ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirakı qadağan edilib.
Bundan əlavə, Region Liqasında iştirak edən "Baku TFK"nın icraçı direktoru Rövşən Mustafayev lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid olan istənilən fəaliyyətə qatılması qadağan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 26 Dekabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















