Üç rayonda yeni məktəb tikiləcək 15,4 milyonluq LAYİHƏ
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beyləqan, Masallı və Biləsuvar rayonlarında şagirdlərin təhsil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni məktəb binalarının tikintisi planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, tikinti işlərini Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi həyata keçirəcək.
Belə ki, Beyləqan rayonunun Yeni Mil qəsəbəsində R.Quliyev adına 360 şagird yerlik tam orta məktəb tikiləcək. Layihənin ehtimal olunan dəyəri 3 milyon 738 min 42,94 manatdır.
Bundan əlavə, Masallı rayonunun Boradigah qəsəbəsində yerləşən 1 nömrəli 624 şagird yerlik tam orta məktəbin tikintisi planlaşdırılır. Bunun üçün nəzərdə tutulan vəsaitin həcmi 5 milyon 879 min 387,76 manatdır.
Biləsuvar rayonunun Bağbanlar kəndində isə A.Həsənov adına 528 şagird yerlik tam orta məktəb inşa olunacaq. Layihənin ehtimal olunan qiyməti 5 milyon 878 min manat müəyyənləşdirilib.
Üç layihənin ümumi ehtimal olunan dəyəri 15 milyon 495 min manat təşkil edir.
Sənədlərə əsasən, məktəblərin tikintisi çərçivəsində ərazilərdə mövcud tikililərin sökülməsi, tikinti tullantılarının ərazidən daşınması, torpaq-qazma və digər hazırlıq işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, layihələrin həyata keçirilməsi nəticəsində üç rayonda ümumilikdə 1 512 şagird üçün yeni təhsil imkanları yaradılacaq. Yeni məktəb binaları şagirdlərin daha müasir və əlverişli şəraitdə təhsil almasına, köhnə və yararsız tədris binalarının yenilənməsinə, eyni zamanda bölgələrdə təhsil infrastrukturunun gücləndirilməsinə imkan verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 21 Sentyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















