Dörd rayonda yeni məktəblər tikiləcək 20,7 milyonluq LAYİHƏ
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda məktəb infrastrukturunun yenilənməsi istiqamətində daha dörd təhsil müəssisəsinin tikintisi planlaşdırılır. Biləsuvar, Beyləqan, Masallı və Hacıqabul rayonlarında inşa olunacaq yeni məktəblər ümumilikdə 1 872 şagird yerlik olacaq.
BAKU.WS-in məlumatına görə, tikinti işlərini Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi həyata keçirəcək.
Layihələr üzrə ehtimal olunan ümumi dəyər 20 milyon 746 min 159,38 manat təşkil edir.
Belə ki, Biləsuvar rayonunun Bağbanlar kəndində A.Həsənov adına 528 şagird yerlik tam orta məktəb tikiləcək. Bu işlər üçün ehtimal olunan qiymət 5 milyon 878 min 13,06 manat müəyyənləşdirilib. Masallı rayonunun Boradigah qəsəbəsindəki 1 nömrəli 624 şagird yerlik tam orta məktəbin tikintisinə isə 5 milyon 879 min 387,76 manat nəzərdə tutulub.
Hacıqabul rayonunun Navahı kəndində M.Ağayev adına 360 şagird yerlik tam orta məktəbin inşasının ehtimal olunan dəyəri 5 milyon 250 min 715,62 manatdır. Beyləqan rayonunun Yeni Mil qəsəbəsində R.Quliyev adına 360 şagird yerlik tam orta məktəbin tikintisi üçün isə 3 milyon 738 min 42,94 manat müəyyən edilib.
Qeyd edək ki, yeni məktəb binalarının tikintisi bölgələrdə təhsil infrastrukturunun yaxşılaşdırılması, şagirdlərin daha əlverişli və müasir şəraitdə təhsil alması, eləcə də tədris prosesində mövcud olan sıxlığın azaldılması baxımından əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 16 Oktyabr 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















