Icma.az
close
up
RU
Üç rəngdə bir millətin qüruru, bir xalqın azadlıq salnaməsi ŞƏRH

Üç rəngdə bir millətin qüruru, bir xalqın azadlıq salnaməsi ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Hər bir xalqın tarixində onun kimliyini, milli mənsubiyyətini, müstəqillik arzusunu və dövlətçilik iradəsini özündə yaşadan müqəddəs rəmzlər vardır. Bu rəmzlərin ən ucası isə Dövlət Bayrağıdır. Çünki bayraq sadəcə rənglərdən və simvollardan ibarət parça deyil. O, xalqın keçmişini, bu gününü və gələcəyə olan inamını birləşdirən mənəvi dəyər, milli qürur və dövlət suverenliyinin təcəssümüdür. Azərbaycan xalqı üçün üçrəngli bayrağımız məhz belə müqəddəs məna daşıyır.
Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi 1918-ci il noyabrın 9-dan başlayır. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət milli bayrağımız qəbul edildi. Bu hadisə Azərbaycan xalqının öz milli kimliyinə, azadlıq və müstəqillik ideallarına sahib çıxmasının mühüm tarixi təzahürü idi. Üçrəngli bayrağımız qısa müddət ərzində müstəqil dövlətçiliyimizin əsas rəmzinə çevrildi. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutu ilə bu müqəddəs simvolun dövlət bayrağı kimi dalğalanmasına son qoyuldu.
Ancaq bir həqiqət dəyişmədi: bayrağı dirəklərdən endirmək mümkün olsa da, onun ifadə etdiyi azadlıq ruhunu xalqın yaddaşından silmək mümkün deyildi. Üçrəngli bayraq uzun illər xalqımızın qəlbində müstəqillik arzusunun, milli özünüdərkin və dövlətçilik düşüncəsinin rəmzi kimi yaşadı.
Bu tarixi irsin yenidən dövlət səviyyəsində bərpasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri oldu. 1990-cı il noyabrın 17-də onun təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Muxtar Respublikanın Dövlət Bayrağı kimi qəbul edildi. Eyni zamanda, onun Azərbaycan Respublikasının dövlət rəmzi kimi tanınması barədə müraciət qəbul olundu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı yenidən Dövlət Bayrağı elan etdi. Beləliklə, xalqımızın azadlıq arzusu dövlətçilik tariximizdə öz layiqli yerini bərpa etdi.
Bayrağımızın hər bir rəngi dərin fəlsəfi məna daşıyır. Mavi rəng türk mənşəyimizi və milli kimliyimizi, qırmızı rəng müasir cəmiyyət qurmaq, inkişaf və demokratiya yolunda irəliləmək istəyimizi, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Ağ aypara və səkkizguşəli ulduz isə bu bütöv mənzərənin ayrılmaz elementləridir. Üç rəng bir araya gələrək milli varlığımızın, mənəvi dəyərlərimizin və müasir dünyaya inteqrasiya istəyimizin vahid ifadəsinə çevrilir.
Bu gün Azərbaycan bayrağı yalnız dövlət müəssisələrinin, məktəblərin, meydanların və diplomatik nümayəndəliklərin üzərində dalğalanmır. O, xalqımızın qazandığı tarixi uğurların, beynəlxalq nüfuzunun, milli birliyinin və sarsılmaz iradəsinin canlı ifadəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ildə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla isə 9 noyabrın Dövlət Bayrağı Günü təsis edilməsi bu müqəddəs rəmzə göstərilən dövlət ehtiramının bariz nümunəsidir.
Xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər üçrəngli bayrağımızın mənasını daha da ucaltdı. Uzun illər işğal altında qalmış torpaqlarımızda Azərbaycan bayrağının yenidən dalğalanması xalqımızın ədalətə, tarixi həqiqətə və ərazi bütövlüyünə qovuşmasının rəmzinə çevrildi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında və digər azad edilmiş ərazilərimizdə dalğalanan bayraq şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və Azərbaycan əsgərinin misilsiz şücaəti ilə qazanılmış qürur mənbəyidir.
Bu gün bayrağa hörmət etmək yalnız onu ucalıqda görmək və qarşısında ehtiramla dayanmaq deyil. Onun təmsil etdiyi dövlətə, xalqa, tarixə və milli dəyərlərə sədaqət göstərməkdir. Hər bir vətəndaş öz fəaliyyəti, davranışı, biliyi və zəhməti ilə ölkəsinin nüfuzunun yüksəlməsinə töhfə verməlidir. Çünki bayrağın ucalığı, eyni zamanda, onu təmsil edən xalqın birliyindən, vətənpərvərliyindən və məsuliyyətindən asılıdır. Gənc nəslə bu müqəddəs rəmzin tarixini öyrətmək, ona hörmət hissini aşılamaq isə gələcək dövlətçiliyimizin möhkəm təməllərindən biridir.
9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlıya öz tarixini xatırladan, milli qürurunu yeniləyən əlamətdar gündür. Bu tarix bizə bir daha göstərir ki, müstəqillik böyük mübarizələrlə qazanılır, dövlətçilik isə birlik, iradə və milli həmrəyliklə qorunur.
Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın! Onun kölgəsində yaşayan hər bir insan bu müqəddəs rəmzin daşıdığı azadlıq, birlik və dövlətçilik dəyərlərinə layiq olmağa çalışsın. Çünki bayraq bizim üçün sadəcə bir dövlət atributu deyil – o, Vətənimizin göylərə yazılmış adıdır!

Vüsalə Əliyeva
YAP Sədərək rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri