Icma.az
close
up
RU
Bir xalqın azadlıq mübarizəsi ŞƏRH

Bir xalqın azadlıq mübarizəsi ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

20 Yanvar 1990-cı il Azərbaycan xalqının yaddaşında unudulmaz bir faciə kimi qaldı. Həmin gecə Sovet ordusu Bakı şəhərinə daxil oldu və dinc insanlara qarşı amansızca atəş açdı. Bu, sadəcə bir hərbi əməliyyat deyildi — xalqın azadlıq arzularını boğmaq üçün planlanmış bir qırğın idi. Amma nə qədər qorxutmağa çalışsalar da, Azərbaycan xalqının milli ruhu sarsılmadı; əksinə, azadlıq və müstəqillik idealları daha da gücləndi. O gecənin qorxusu, sarsıntısı və itkiləri uzun müddət hər kəsin qəlbində iz buraxdı. İnsanlar bir-birinə dəstək olaraq, ümidi qorumağa çalışdılar.

Hadisələrin ən dəhşətli tərəfi odur ki, insanlar xəbərsiz idilər. Fövqəladə vəziyyət elan olunmamışdı və səhər saat 5:30-da radio vasitəsilə komendant Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə verdi. Bu, yalnız qanunsuzluğun deyil, həm də planlı cinayətin sübutu idi. Bu fakt sovet rəhbərliyinin hüquqi normalara və beynəlxalq insan hüquqlarına tam zidd hərəkət etdiyini açıqca göstərirdi. Dinc əhalinin məlumatlandırılmadan hərbi əməliyyatlara məruz qalması bu hadisəni planlı cinayət aktı kimi səciyyələndirir. Dinc vətəndaşların qəflətən atəş altında qalması, şəhərin sakit gecəsini kabusa çevirdi. Hər kəs öz yaxınlarının sağ qalması üçün dua edirdi.

Ulu Öndər Heydər Əliyev dərhal Azərbaycanın haqqını müdafiə etdi. O, SSRİ rəhbərliyinin bu addımını kəskin tənqid etdi və əlavə qoşunların xalqı qorxutmaq məqsədi daşıdığını vurğuladı. Onun bu mövqeyi 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilməsində həlledici oldu. Bu cəsarətli mövqe xalqın ümidini yenidən canlandırdı və haqq səsinin hər zaman eşidilə biləcəyini göstərdi. Həm Ulu Öndər xalqının onun arxasında olduğunu bilirdi, həm də xalq Ulu Öndərinin onlara dayaq olduğunu bilirdi. Onun sözləri xalqın ruhunu yüksəltdi. Hər kəs bilirdi ki, bir liderin dəstəyi ilə xalqın ümidləri sarsılmazdır.

Azərbaycan dövləti 20 Yanvar şəhidlərini əbədiləşdirmək üçün “20 Yanvar şəhidi” fəxri adını təsis etdi. Bu ad şəhidlərin Vətən qarşısında göstərdikləri fədakarlığın rəsmi tanınmasıdır. Şəhidlik bizim cəmiyyət üçün müqəddəs bir dəyərdir və bu faciə milli kimliyimizin formalaşmasında əvəzsiz rol oynayıb. Hər bir şəhidin adı, hər bir itki, bizə azadlığın nə qədər dəyərli olduğunu xatırladır və gələcək nəsillərə ötürülməlidir. İllər keçsə belə həmin gecə məğrur şəkildə canından keçmiş Şəhidlərimiz unudulmur, unudulmayacaq.

Prezident İlham Əliyev də şəhidlərin xatirəsini daim uca tutur və onların ailələrinin sosial rifahını təmin etmək üçün ardıcıl tədbirlər görür. Bu, dövlətin milli yaddaşa və vətəndaşlara verdiyi dəyərin açıq göstəricisidir. Ailələrinə göstərilən dəstək yalnız maddi deyil, həm də mənəvi bir qiymət daşıyır və xalqın birlik hissini gücləndirir.

20 Yanvar yalnız Azərbaycanda deyil, xaricdə yaşayan azərbaycanlıların da milli şüurunu oyatdı. Soydaşlarımız daha da birləşdi, milli maraqlar ətrafında sıx bağlandı. Bu faciə həm də milli həmrəyliyin təməl nöqtəsi oldu. Bu hadisə xalqımızın birliyini və azadlıq uğrunda mübarizədə əzmini bütün dünyaya göstərdi. 20 Yanvarı biz görməsək də, yaddaşımızda yaşayır. Hər bir şəhidin xatirəsi bizə azadlıq üçün mübarizənin nə qədər qiymətli olduğunu xatırladır. O gecə xalqımıza öyrətdi ki, birlikdə olduqda heç bir qüvvə bizi sarsıda bilməz. Gələcək nəsillər də bunu tariximizdən öyrənərək vətənpərvərlik ruhunu yaşadacaq, azadlığın əsl dəyərini anlayacaqlar. Bu tarix yalnız keçmişin yaddaşı deyil, həm də gələcək üçün dərsdir — birlikdə olduğumuz zaman hər bir çətinliyin öhdəsindən gələcək bir xalqıq.

Səma Məmmədova

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Yanvar 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri