Üç universitet arasında müqavilə imzalandı
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Mingəçevir Dövlət Universiteti (MDU), eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb.
"Cebheinfo.az" xəbər verir ki, beş il müddətinə nəzərdə tutulan müqavilələrin əsas məqsədi ali təhsil müəssisələri arasında təhsil, elm, innovasiya və texnologiyaların transferi sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə mütəxəssis hazırlığının təşkili və elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsidir.
Müqavilələr çərçivəsində elektrik və elektronika mühəndisliyi, energetika mühəndisliyi, kimya mühəndisliyi və mexanika mühəndisliyi də daxil olmaqla, müxtəlif ixtisaslar üzrə tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, tələbələrin tərəfdaş universitetlərdə müəyyən müddət təhsil almalarına şərait yaradılması, birgə təhsil və tədqiqat proqramlarının təşkili nəzərdə tutulur.
Əməkdaşlıq, həmçinin, tədrisin keyfiyyətinin yüksəldilməsi, yüksək ixtisaslı mühəndis kadrların hazırlanması, universitetlərin elmi və texnoloji potensialının gücləndirilməsi, mövcud infrastruktur və innovasiya imkanlarından qarşılıqlı istifadənin təmin edilməsi istiqamətlərini əhatə edir.
Bununla yanaşı, tərəflər sənaye-universitet əməkdaşlığının inkişaf etdirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq layihələrdə birgə iştirak imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcəklər.
Nigar
"Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 23 Sentyabr 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















