Icma.az
close
up
RU
Ucalan Bayrağımız Qürurumuz, Kimliyimiz, Əbədiyyət Simvolumuz

Ucalan Bayrağımız Qürurumuz, Kimliyimiz, Əbədiyyət Simvolumuz

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Hər xalqın yaddaşında onu bir millət kimi birləşdirən, varlığını və mənəviyyatını əks etdirən müqəddəs rəmzlər var. Azərbaycan üçün bu rəmzlərin ən ucası, ən doğması, ən müqəddəsi — üçrəngli, ay-ulduzlu Dövlət Bayrağımızdır. 9 Noyabr – Dövlət Bayrağı Günü xalqımızın azadlıq salnaməsində, dövlətçilik tarixində xüsusi yer tutur. Bu gün biz təkcə bir simvolu deyil, Azərbaycan xalqının əzmini, müstəqilliyini və milli birliyini qeyd edirik. Bayrağımızın hər rəngi dərin mənalar daşıyır. Göy rəng — türk köklərimizi, əcdadımızın azadlıq ruhunu; qırmızı — inkişaf və müasirləşmə yolunu; yaşıl — mənəviyyatımızı, islami dəyərlərə sadiqliyimizi təcəssüm etdirir. Ay və səkkizguşəli ulduz isə xalqımızın imanını, ümidini və milli birliyini əks etdirən əbədi işıqdır.
Bu bayraq ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qaldırıldıqda, o, bütün türk dünyasında azadlıq və istiqlalın rəmzinə çevrildi. Lakin tarix bizdən bu ucalığı bir müddət aldı. Və ancaq Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, dövlətçilik iradəsi nəticəsində, 1990-cı illərdə bu bayraq yenidən Azərbaycan səmasında dalğalanmağa başladı. Bu gün isə Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız Vətənimizin hər guşəsində, azad edilmiş torpaqlarımızda – Şuşada, Xankəndidə, Laçında, Füzulidə, Zəngilanda, Kəlbəcərdə qürurla dalğalanır.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə, şəhidlərimizin qanı, ordumuzun igidliyi və xalqımızın birliyi ilə yazıldı. O günlərdə Cənab Prezidentin “Bizim bayrağımız Şuşada dalğalanacaq!” sözləri milyonların ürəyinə inam, qürur və zəfər ruhu bəxş etdi. Və bu sözlər tarixin gerçəkliyinə çevrildi — bayrağımız azad Qarabağ səmasında əbədi ucaldı. Bu gün üçrəngli bayrağımız təkcə bir dövlət atributu deyil — xalqımızın azadlıq rəmzi, dövlətçiliyimizin nişanı, milli qürurumuzun təcəssümüdür. O, hər bir vətəndaşın qəlbində, hər bir azərbaycanlının düşüncəsində bir inam kimi yaşayır. Biz bu bayrağı sevməklə öz azadlığımıza, müstəqilliyimizə, Vətənə olan sevgimizə səcdə edirik.
Ucal, ey üçrəngli bayrağım! Ucal ki, sənin kölgəndə böyüyən gənclər vətənə sədaqət, azadlığa inam və qürurla yaşasınlar! Sənin dalğalanmağınla Azərbaycanın gələcəyi daha parlaq, xalqımızın birliyi daha möhkəm olacaq!

Bayraq Günümüz mübarək olsun! Yaşasın müstəqil Azərbaycan! Uca olsun üçrəngli bayrağımız!


Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Noyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri