Icma.az
close
up
RU
“Uçan taksi” sürücüsünə pul yığmaq doğrudurmu?

“Uçan taksi” sürücüsünə pul yığmaq doğrudurmu?

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Cəmi 3-4 min pul yığılıb. Maşın da hədiyyə edilməyib. Yalan söhbətdir”.  Bunu Bakıda ötən həftə BYD markalı avtomobili ilə qəza törədən sürücü Anar Nəcəfov kart hesabına yüksək məbləğdə pul toplanması ilə bağlı danışarkən deyib.

O, xəstəxanadan video paylaşaraq əsəbi şəkildə bildirib ki, kartına 90 min manat pul yığılmayıb: “O kart pulları başqalarına gedə bilər, bizim karta gəlməyib”.

Qeyd edək ki, sözügedən qəza Heydər Əliyev prospektində baş verib. “Bolt” taksi şirkətinə məxsus avtomobilin sürücüsü idarəetməni itirib, arakəsməni yararaq prospektdə hərəkətdə olan “Ford”a dəyib və yolun bu biri tərəfinə düşüb. Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alıb.

Sürücü Anar Nəcəfov hadisə haqqında bildirib ki, qıcolmaya görə qəza baş verib:  “Qadın maşına oturandan sonra heç nədən xəbərim olmadı. Dilim qatlandı, yoxsa mən dəliyəm, o sürətlə hasara girim?! 8-9 ildir ki, məndə qıcolma olmamışdı”.

Qəzadan sonra sosial şəbəkələrdə sürücüyə kömək məqsədilə kart hesabı paylaşılaraq kampaniya başladılıb. Lakin bu, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, qəzaya səbəb olan və heç bir ağır xəsarət almayan sürücüyə pul yığılması sərt tənqid olunub.

Maraqlıdır, tənqidçilər, yoxsa pul göndərənlər haqlıdır?

Millət vəkili Fazil Mustafa açıqlamasında deyib ki, ilk olaraq hadisənin motivi araşdırılmalıdır: “Sürücü narkotikin təsiri altında olub, yoxsa maşını texniki nasaz vəziyyətdə idarə edib? Bunu araşdırmaq lazımdır. Həmin maşın digər avtomobillərin üzərinə düşsəydi, böyük qəza olacaqdı və insanlar həyatını itirəcəkdi. İndi hamı humanist olub, pul yığır. Sürücüyə pul yığılmasını yersiz addım kimi qəbul edirəm. Bu gün sürücüyə pul toplayanlar bir ziyalının kitabının çap olunmasına, yaxud da ehtiyacı olan tələbəyə bu məbləği yığıb verməzlər. Humanizmin nəyə yönəlməsi çox önəmlidir. Bu da cəmiyyətin ümumi səviyyəsini göstərən amillərdən biridir. Bu sürücü qəza ilə 10 nəfəri öldürsəydi, nə olacaqdı? Humanizmdən yenə danışa biləcəkdilərmi? Əslində insanlar bu qəzada böyük faciədən xilas olublar. İndi də pul toplanması və humanizm göstərilməsində kütlə məntiqi görürəm. Dar düşüncəli insanların çox olduğu cəmiyyətlərdə buna adi baxmaq lazımdır. Faktiki olaraq sürücü qatil kimi tanınmalıdır. Bəxtləri gətirdi ki, həmin yerdə insan ölümü olmadı. Ona görə də həmin sürücüdən qəhrəman yaratmaq lazım deyil”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı da məsələ ilə bağlı açıqlama verib: “Burada söhbət humanizmdən getmir, kimlərsə hansısa maraqları icra edir. Sanki dövlətin taksi fəaliyyəti ilə bağlı sərgilədiyi mövqeyə zidd olaraq hansısa qayda pozuntusuna yol vermiş taksi sürücüsünün qəhrəman obrazını yaratmaqla dövlətə meydan oxuyur. Mən əminəm ki, bu marağın səbəbi gec-tez ortaya çıxacaq. 

Kobud qayda pozan bu şəxs icazəsi olmadan taksi sürür, xəstəliyi ilə bağlı müxtəlif ziddiyyətli məsələlər ortaya çıxır. Oğlu deyir ki, atası qıcolmadan əziyyət çəkir, özü isə deyir ki, sonuncu dəfə 9 il bundan əvvəl ayağında qıc olma baş verib. Belə ziddiyyətli həyat tərzi olan adam cəmiyyətimizə qəhrəman kimi təqdim olunur.

Taksi parkları son dövrlər qanunu çox ciddi şəkildə pozmaqla məşğuldurlar. Sürücüləri hədsiz dərəcədə istismar edirlər. Vaxtından çox işlədirlər. Buna görə də belə qəzalarda, hadisələrdə taksi parklarının da məsuliyyəti var. Çünki xidməti taksi parkı təşkil edir. Taksi şirkəti onunla partnyorluq haqqında müqavilə bağlayır. Taksi parkı da maşın boş qalmasın deyə kimə gəldi onu verir. Hadisə göstərdi ki, bu məsələyə hüquqi çərçivədə baxmaq lazımdır. Taksi parkları ilə bağlı boşluğu aradan qaldırmaq lazımdır. Taksi parkı sürücünü hansı haqla 10-12 saat işlədə bilər?   

Belə sürücü qəhrəman ola bilməz. Bizim qəhrəmanlarımız döyüşdə şəhid, qazı olan insanlardır. Təyyarə qəzasında insanların həyatını xilas edənlərdir. Mənə belə qəhrəman lazım deyil. Bu sürücüyə qarşı cinayət işi açılıb.

Yardıma gəldikdə isə daha ciddi yardıma ehtiyacı olan insanlar var. Onlara əl tutsaydılar, daha yaxşı olardı. Belə bazarlar açmaq kimə, nəyə xidmət edir? İnsanların həyatı ilə oynayan şəxsi necə qəhrəmana çevirmək olar ki?"(musavat)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Aprel 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri