Icma.az
close
up
RU
Uçan taksilər yola çıxır:  Dronlarla yemək çatdırılmasına başladılar

Uçan taksilər yola çıxır:  Dronlarla yemək çatdırılmasına başladılar

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Çində mini uçan taksilərin sınaq mərhələsinə start verilib. Dronlarla yemək çatdırılması dövrünü artıq başlatmış Çin şirkətlərinin növbəti hədəfi isə uçan avtomobillərdir.

Sherg.az xəbər verir ki, bir vaxtlar yalnız elmi-fantastik filmlərdə görünən mini uçan taksi, artıq Çində sınaqdan keçirilir.

İnsansız, oval formalı bu nəqliyyat vasitəsi uçan taksi istehsalçısı EHang tərəfindən hazırlanıb.

Shenzhen şəhərində yemək çatdıran dronlar artıq gündəlik həyatın bir hissəsidir və xidmət bahalı olsa belə turistlərin diqqətini cəlb edir.

Bu tip xidmətlər dövlət dəstəyi ilə sürətlə genişlənir, lakin “aşağı irtifa iqtisadiyyatı” adlandırılan bu yeni sahənin qarşısında ciddi çətinliklər də mövcuddur, hava sahəsinin sərt nəzarəti və batareya məhdudiyyətləri kimi.

Min metr aşağı hündürlüklərdə həyata keçirilən fəaliyyətlər 2023-cü ildə 506 milyard yuan (70 milyard dollar) dəyərində iqtisadi dövriyyə yaradıb. Bu, Çin iqtisadiyyatının təxminən 0,4 faizinə bərabərdir.

Dövlət İnformasiya Mərkəzindən araşdırmaçı Çjan Xiaolanın sözlərinə görə, bu göstəricinin 2035-ci ilə qədər 3,5 trilyon yuana (təxminən 490 milyard dollar) yüksəlməsi gözlənilir.

Növbəti addım: Uçan avtomobil

Qlobal kommersiya dron bazarının təxminən 70 faizini əlində saxlayan dron nəhəngi DJI-a ev sahibliyi edən Guangdong əyaləti, aşağı irtifa iqtisadiyyatının inkişafında ön sıradadır.

Şanxay yaxınlığındakı Jiangsu və Zhejiang əyalətləri isə onun ardınca gəlir. Bu məlumatlar Çin Elmlər Akademiyası, Pekin Universiteti və digər qurumların araşdırma mərkəzləri tərəfindən hazırlanan hesabatda yer alıb.

Guangdongdakı digər böyük şirkətlər arasında: EHang, SF Express-in dron bölməsi Phoenix Wings, avtomobil istehsalçısı XPENG-in uçan avtomobil bölməsi ARIDGE kimi qurumlar var.

Oktyabr ayında Guangdong hava məkanında əməliyyatları asanlaşdırmaq üçün uçuş xidmət stansiyaları və platformalarının tikintisini sürətləndirdiyini və aşağı irtifa turizmi üçün yerli endirim kuponları təqdim ediləcəyini açıqladı.

AVM və məktəb damları “terminal” ola bilər

Texnologiya və maliyyə mərkəzi Shenzhen, sərnişin daşımacılığı üçün tələb olunan sertifikatları alan şirkətlərə 15 milyon yuan (2,1 milyon dollar) mükafat vəd edən bir proqram işə salıb.

Bu sertifikatlar helikopter kimi şaquli qalxa bilən “eVTOL” uçan nəqliyyat vasitələrini əhatə edir.

Çin Mülki Aviasiya İdarəsi, EHang-ə pilotsuz eVTOL modeli ilə kommersiya sərnişindaşımasına icazə verən sertifikat təqdim edib. Bu uçan taksi saatda 130 km sürətə çata bilir və 30 km məsafə qət edir.

EHang hələ kommersiya marşrutlarına başlamayıb, lakin şirkətin sədr müavini Xe Tianxinq ilk olaraq hava turizmi xidmətlərini işə salmağı planlaşdırdıqlarını bildirib. Şirkət son iki ildə 20 Çin şəhərində uçuş-enmə zolaqları inşa edir. Beş ilə fərqli şirkətlərə məxsus uçan nəqliyyat vasitələrinin bir çox marşrutdan eyni anda istifadə edəcəyi proqnozlaşdırılır.

Xe gələcəkdə ticarət mərkəzləri, məktəblər və parklara məxsus damların “terminal” kimi istifadə olunduğu şəhər şəbəkələri qurmağı xəyal etdiklərini deyib:

“Bu, sadəcə araşdırma məhsulu və ya mühəndis oyuncağı ola bilməz.”

Batareya dezavantajı

eVTOL-ların inkişafındakı ən böyük çətinlik daha uzun uçuş müddəti və batareya məhdudiyyətlərinin aradan qaldırılmasıdır.

Shenzhen mərkəzli Skyevtol şirkətinin həmtəsisçisi Guo Liming, bir nəfərlik eVTOL modellərinin təxminən 100 min dollara satıldığını, lakin cəmi 20-30 dəqiqə uça bildiyini deyir.

Bundan əlavə qəzalar da baş verə bilir. Sentyabr ayında iki XPENG eVTOL-u sərgi məşqi zamanı toqquşub və eniş əsnasında aparatların biri alışaraq yanıb. Can itkisi olmasa da, bir həftə sonra başqa bir sərgi uçuş nümayişlərini ləğv edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Noyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri