Ucarda ev yanıb kül oldu Video
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ucar rayonunun Qazqumlaq kəndində yanğın hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, kənd sakini Rüstəmov Vüsal Ərziman oğluna məxsus 3 otaqlı, ümumi sahəsi 110 kvadratmetr olan ev əşyaları ilə birlikdə tamamilə yanıb.
İlkin ehtimala görə, yanğına həyət ərazisində tayada olan ot bağlamasının alışması və alovun evə keçməsi səbəb olub.
Yanğın nəticəsində həmçinin həyətdə saxlanılan 12 ton ot bağlaması da tamamilə yanıb.
Hadisə yerinə Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, ətrafda yerləşən evlər alovdan mühafizə olunub.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev




Baxış sayı:45
Bu xəbər 17 Sentyabr 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















