Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

“Uçdu “Bayraqdar”lar aydın səmada...”

“Uçdu “Bayraqdar”lar aydın səmada...”

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

...İkinci Dünya müharibəsində əsgərləri qələbəyə səsləyən Səməd Vurğunun “Bayraqdar” şeiri o vaxt “Kommunist” adlanan bizim qəzetin 1943-cü il 12 oktyabr tarixli sayında dərc olunub. Bu əsər Rusiyanın Oryol şəhərinin düşməndən təmizlənməsində qəhrəmanlıq göstərmiş, şəhərin ən yüksək zirvəsinə bayraq sancmış azərbaycanlı Hüseyn Əjdərova həsr edilmişdi:

O igidin tunc sinəsi
Bir Koroğlu qalasıdır.
Mehribandır onun səsi,
Azərbaycan balasıdır...

İndi sənət aləmində başqa “Bayraqdar”lar cövlan edir. Xatırlayırıq ki, inişil “YouTube”platformasında Ukraynanın “Svyatovid” folklor qrupunun ifasında “Bayraqdar” mahnısı yayılmışdı. Bu, Türkiyənin pilotsuz uçuş aparatına aid populyar ifa idi. İki həftə əvvəl – Qarabağ zəfərinin ildönümündə isə Nərminə Məmmədbəylinin rus dilində yazdığı “Bayraqdar” şeiri Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Yaroslav Trifonovun qiraətində həmin kanala qoyulub və tar musiqisinin sədaları ilə həmahəng verilən ifanı bir neçə gündə on minlərlə adam bəyənib. “Budrooo News” platformasının paylaşdığı təsvirlərin üstündə “Qarabağ Azərbaycandır!” şüarı yazılıb, yarımbaşlıq isə belədir: “Rus aktyor Azərbaycanı Qələbə Günü münasibətilə təbrik edir – Şəhidlər ölməz, Vətən bölünməz”.

Yaroslav Trifonovu dinlədikcə yadıma Xalq artistimiz Vera Şirye düşür. İki aydan sonra 110 yaşını qeyd edəcəyimiz Vera Şirye İkinci Dünya müharibəsində rəşadətli əməyinə görə “Qırmızı ulduz” ordeni və medallara layiq görülüb. Sonrakı dövrdə “Xalqlar dostluğu” və “İstiqlal” ordenləri ilə təltif olunan aktrisa Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirini Azərbaycan dilində elə ürəkdən və təsirli oxuyub ki, əsərin məşhurlaşmasında şair qədər rol oynayıb. Fərəhli haldır ki, onun çalışmış olduğu Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Yaroslav Trifonov indi ənənəni davam etdirməklə, “Bayraqdar” şeirini özünəməxsus tərzdə ifa edib.

Şeirin müəllifi Nərminə Məmmədbəylinin dedikləri:

– Hər bir Azərbaycan döyüşçüsünün rəşadəti önündə baş əyirəm. Biz çətin yollar keçərək, Böyük Zəfərə nail olmuşuq. Bu barədə yazdığım şeirin əla təqdimatına görə isə Yaroslava minnətdaram.

Şeiri sosial şəbəkədə trend edən aktyor teatrda çalışdığı 20 ildə canlandırdığı bir sıra parlaq obrazlarla sənətsevərlərin rəğbətini qazanıb. Bir neçə gün əvvəl isə aktyor Yaroslav Trifonov Bakıda keçirilən COP29-a töhfə olaraq, dostu Emil Hüseynovla təbiətə sevgi mövzusunda gözəl bir videosüjet hazırlayıb. Onun iştirakı ilə “COP29. Nobellər Evi” immersiv şousu da maraqla qarşılanıb. O ərəfədə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın baş prodüsseri olduğu “Tağıyev: Neft” adlı epik kino-trilogiyasında Lyudvid Nobel obrazını canlandırıb. Yeri gəlmişkən, indiyədək o, “Hökmdarın taleyi”,“Qorxma, mən səninləyəm”, “Ən sadə soyad”, “Mən evə qayıdıram”, “Barama” (serial), “Qarabağ” filmlərində yaddaqalan rollar ifa edib. Neçə-neçə hərbçi obrazını məharətlə yaradıb.

Bizimlə söhbətində Yaroslav Trifonov bildirdi ki, 1982-ci ildə Qroznı şəhərində doğulub, onun 4 yaşı olanda ailəsi ilə atasının Vətəninə – Bakıya köçüb.

– Uşaqlığım Badamdarda keçib. Hövsan və Zabratda da yaşamışam. Mən Bakının rus azərbaycanlısıyam. Siz çox humanist və xeyirxah millətsiniz. Hər xalqa hörmətla yanaşırsınız. Biz bir ailə kimiyik. Burada camaat “öz” və “özgə”yə bölünmür. Atam bu teatrda aktyor, anam isə qrimçi olub. Mən də 16 yaşımdan səhnədəyəm. Pandemiya vaxtı sənət ocaqları bağlananda “Bir aktyorun teatrı” stilində çalışmış, məşhur müəlliflərin şeirlərini səsləndirmişəm.

– Bəs, müharibə, Qarabağ ağrısı?

– Bu, mən də daxil, hər bir azərbaycanlıya aid məsələdir. Mən 6 il əvvəl “Qarşıdurma” adlı vətənpərvərlik filmində Moskvada toyda qardaşı öldürülmüş gəncəli Vadim roluna çəkilmişəm. Özü də digər filmlərdən fərqli olaraq, yaxşı rus zabitini canlandırmışam. O kinoda bədii çəkilişlərlə bərabər, Qarabağa aid sənədli xronika da var. Bilirsiniz, Qarabağ sevgisi yalnız azərbaycanlılara aid deyil, buradakı ruslara, ləzgilərə, talışlara, yəhudilərə də aid müqəddəs duyğudur. Həm I, həm də II Qarabağ müharibəsində özünü azərbaycanlı sayan xalqların oğulları da işğalçılara qarşı qeyrətlə vuruşublar. Bu şeirin də mayası elə Vətən sevgisindən yoğrulub.

Yaroslav Trifonovun trend etdiyi şeiri rus dilindən azərbaycancaya çevirərək, oxuculara təqdim edirik.

P.S: Onu da deyək ki, Yaroslav Trifonov Vətən müharibəsində şanlı Qələbəmizin 4-cü ildönümü ərəfəsində Bakıda keçirilən “Zəfərimiz – Şərəfimiz” bədii qiraət müsabiqəsində qalib gələrək, Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının diplomunu alıb.

Ə.ƏLİYEV
XQ

Байрактар

Целый месяц ракетного звона,
Не обняться не как с тишиной.
Снова бьёт пулемет из заслона -
В мире это зовётся войной.

В небе ясном кружат Байрактары,
истребляя врагов на нет.
Не дарили мы земли в подарок,
Боль Шуши в нас, жили тридцать лет.

Тридцать лет не много-не мало,
Мы в кольцо окружали врага.
Знали родина наша устала
От армянского сапога.

Это вы, молодые ребята,
Как один присягнули стране.
30 лет наступил день расплаты
Снова наш Карабах в огне.

Целых сорок четыре мгновенья
Дни и ночи без сна напролет.
И в победе у нас нет сомнения
Эту веру Ильхам нам даёт.

Джабраил Зангилан услышал
Скрежет танков средь бела дня
Прочь враги прячьтесь в норы как мыши
Флаг страны наш солдат поднял.

Физули, Губадлы проснулись,
Вновь к молитве взывает азан.
Мы в Шушу в Карабах вернулись,
Тридцать лет нас ждала Натаван.

И в Агдам, там где камень на камень
не оставил проклятый наш враг.
В город призрак вошли мы сами,
Водрузив свой трёх цветный флаг.

Пядь земли это высшая мера,
Муровдаг, Кяльбаджар Агдам.
Мы Лачин и Шушу не простили,
Путь Гейдара продолжил Ильхам.

Bayraqdar

Bütöv bir aydır ki, raket səsləri,
Lərzəyə gətirib torpağı, daşı.
Pulemyot susmursa səhərdən bəri,
Deməli, başlayıb Vətən savaşı.

Uçdu “Bayraqdar”lar aydın səmada,
Düşməni bir anda çıxardı heçə.
Torpaqdan pay vermək olmaz nəbadə,
Otuz il Şuşasız dözmüşük necə?

Otuz il bir igid ömrü qədərdir,
Gəldi səbrimizin daşdığı zaman.
Düşmən çəkməsindən düşən izlərdir
Dedik, bu torpağın köksünü yaran.

Ey cavan oğlanlar, ayağa qalxıb,
Vətən namusuna siz and içdiniz.
Qorxunu, hürkünü qoymayıb yaxın,
Doğma Qarabağda candan keçdiniz.

Qırx dörd gün odlara bələndi hər yan,
Çarpışdıq biz gecə-gündüz bilmədən.
Qələbə eşqimiz sönmədi bir an,
Bizə bu inamı İlhamdır verən.

Günün günortası tank səslərinə
Cəbrayıl, Zəngilan dikəldi, baxdı.
Düşmən qoyub qaçan zirvələrinə
Vətən bayrağını əsgərim taxdı.

Füzuli, Qubadlı yetişdi kama,
Azan səsi gəlir necə də rəvan!
Qayıtdıq Şuşama, Qarabağıma,
Otuz il gözləyib orda Natəvan.

Boşalmış Ağdama dönəndə gördük,
Daş üstdə bir daş da qoymayıb düşmən.
Ruhlar şəhərinə döyüşsüz girdik,
Ucaltdıq üçrəngli bayrağı həmən.

Bir qarış torpaq da çox qiymətlidir,
Sevinir Murovdağ, Kəlbəcər, Ağdam.
Bizdədir Laçın da, Şuşa da indi,
Ata vəsiyyətin doğrultdu İlham!

Tərcümə Əli NƏCƏFXANLININDIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:360
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see697

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see666

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see664

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see512

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see476

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see473

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see457

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see408

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see360

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see353

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see352

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see340

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see338

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see335

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see332

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see328

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see324

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see323

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see315

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see302
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri