Icma.az
close
up
RU
Ucqar dağ rayonunda sakinlər dərman bitkilərindən gəlir əldə edirlər

Ucqar dağ rayonunda sakinlər dərman bitkilərindən gəlir əldə edirlər

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Yardımlı, 21 avqust, İsmayıl Cəfərli, AZƏRTAC

Yüksək dağlıq relyefdə yerləşən Yardımlıda xüsusilə yay fəslində təbabətdə geniş istifadə olunan dərman bitkilərinin toplanılması yerli sakinlər arasında artıq ənənə halını alıb. Apteklərdən müxtəlif qiymətə aldığımız bu dərman bitkilərini Yardımlı sakinlərinə ana təbiət pulsuz-parasız bəxş edir. Əməkdaşımız bu dərman bitkilərindən gəlir əldə edən bir ailədən söhbət açacaq

AZƏRTAC xəbər verir ki, Yardımlıda Qəyyubovlar ailəsi artıq 15 ildir dərman bitkilərini toplamaqla məşğuldur. Ailə başçısı Həmdulla kişi dağlardan, dərələrdən bu bitkiləri topladıqca ailə üzvləri də ona qoşulub. Hazırda burada təbabətdə müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə edilən 15 cür dərman bitkisi qurudularaq satışa hazır vəziyyətə gətirilib. Həmdulla kişinin tibbi təhsili olmasa da, ixtisası kənd təsərrüfatıdır. Bitkiləri yaxşı tanımaq, onlar haqqında tibbi bilikləri araşdırmaq əvvəllər onun üçün hobbi olsa da, hazırda gəlir gətirən faydalı işə çevrilib: “Bu, bizim üçün kiçik biznes sayılır. Bütün dərman bitkilərin toplayıb, qurudub, çeşidləyib lazım olan yerlərə veririk. Hazırda yığdığımız qantəpərdir. Dazotu daxili orqanların hamısının təmizlənməsində istifadə olunur. Dərman bitkiləri arasında yovşan, dağ nanəsi, çobanyastığı, şalfey və qatırquyruğunu da qeyd etmək olar”.

Xalq təbabətində geniş istifadə olunan bu bitkilərin hər biri dəyərlidir. Amma bunların içində ən qiymətlisi solmazçiçəyi və qantəpər bitkisidir ki, bir kiloqramının qiyməti 9-10 manatdır. Ailə bu bitkilərin qurudulmuş halda satılması zamanı heç bir çətinliklə üzləşmir. Bitkiləri ya müştərilər özləri gəlib Həmdulla kişinin qapısandan alıb aparırlar, ya da sifarişlə tibbi müəssisələrə, eləcə də bu bitkilərdən faydalanmaq istəyən sakinlərin ünvanına göndərilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri