Üçüncü tanker minaya düşdü
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb.
Modern.az IRIB-yə istinadən xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bununla bağlı bəyanat yayıb.
"Qaydanı pozan bir supertanker bu gün axşamüstü Hörmüz boğazının cənub hissəsində dəniz minasına çırpılıb, mühərrik otağında partlayış və yanğın olub", - məlumatda deyilir.
Bildirilib ki, Hörmüz boğazından çıxmaq istəyən xam neft yüklü bu gəmi bütün naviqasiya sistemlərini söndürüb: "Gəmi Hörmüz boğazının qanunlarını (İranın elan etdiyi qaydalar – red.) pozub və icazə verilməyən marşrutdan keçdiyinə görə qəzaya uğrayıb.
Bu, ötən gündən indiyədək Hörmüz boğazının icazə verilməyən marşrutunda dəniz minalarına çırpılaraq yanğına məruz qalan, qaydanı pozan üçüncü neft tankeridir".
SEPAH-ın Hərbi Dəniz Qüvvələri bəyan edib ki, Hörmüz boğazı ərazisində naviqasiya, tanınma sistemlərini söndürən bütün gəmilər düşmən kimi tanınacaq və onlara qarşı sərt tədbirlər görüləcək.
Xatırladaq ki, İran tərəfi dünən də iri neft tankerinin Hörmüz boğazında minaya düşdüyünü açıqlayıb. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 11 Oktyabr 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















