Icma.az
close
up
RU
Üçüncü ulduzlararası obyekt şübhə doğurdu: alimlər süni mənşə ehtimalını istisna etmirlər

Üçüncü ulduzlararası obyekt şübhə doğurdu: alimlər süni mənşə ehtimalını istisna etmirlər

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

3I/ATLAS-ın trayektoriyası və davranışı alimləri düşündürür

2025-ci ilin 1 iyul tarixində astronomlar tərəfindən kəşf edilən 3I/ATLAS adlı ulduzlararası obyekt elm ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Hazırda kometa kimi təsnif edilən bu obyektin trayektoriyası, ölçüləri və müşahidə şərtləri onun təbii mənşəli olması ilə bağlı suallar doğurur. Bəzi alimlər, xüsusilə tanınmış astrofizik Avi Lebin rəhbərlik etdiyi tədqiqatçılar qrupu bu cismin potensial olaraq süni - yəni başqa bir sivilizasiyanın nə vaxtsa kosmosa buraxdığı idarə olunan kosmik aparat ola biləcəyini istisna etmirlər.

Qeyri-adi trayektoriya: təsadüfdən çox planlı uçuşa bənzəyir

Tədqiqatçılar bildirirlər ki, 3I/ATLAS demək olar ki, Günəş sisteminin planetlərinin hərəkət etdiyi ekliptika müstəvisində hərəkət edir. Onun bu müstəviyə nisbətən meyli cəmi 5 dərəcədir. Daha da maraqlısı, obyekt bu müstəvidə retroqrad - yəni planetlərin fırlanma istiqamətinin əksinə hərəkət edir. Alimlər bu iki xüsusiyyətin eyni vaxtda təsadüfən baş vermə ehtimalını yalnız 0,02% səviyyəsində qiymətləndirirlər.

Bundan əlavə, obyektin trayektoriyası onun eyni uçuş zamanı bir deyil, üç planet - Venera, Mars və Yupiterin yaxınlığından keçməsinə imkan verir. Bu cür “uyğun” yaxınlaşmalar kosmik missiyalarda sürət qazanmaq üçün istifadə edilən qravitasiya manevrlərinə bənzədilir. Alimlər bildirirlər ki, belə üçlü təsadüfün ehtimalı cəmi 0,005% təşkil edir.

Müşahidələrdən yayınan obyekt

3I/ATLAS Yerə çox əlverişsiz bucaq altında yaxınlaşır. O, bizə Süd Yolu qalaktikasının mərkəzinə yaxın olan parlaq və sıx ulduz sahəsindən gəlir - bu isə onu müşahidə etməyi çətinləşdirir. Üstəlik, obyektin Günəşə ən yaxın olacaq günü - 29 oktyabrda Yer öz orbitində qarşı tərəfdə olacaq. Bu da müşahidəni daha da çətinləşdirəcək.

Əlamətlər və şübhələr

Təxmini 20 kilometr diametrə malik olan 3I/ATLAS-ın bu qədər böyük ölçüdə olub başqa bir ulduz sistemindən bizim sistemə düşməsi ehtimalı da son dərəcə az hesab edilir. 

Əslində, nədir?

Alimlər bu obyektin süni mənşəli olduğunu iddia etmirlər, lakin bu ehtimalı tamamilə kənarlaşdırmağın elmə zidd olduğunu deyirlər. Onlar bildirirlər ki, əvvəllər 2017-ci ildə müşahidə edilmiş və qeyri-adi forması ilə yadda qalan Oumuamua da oxşar suallar doğurmuşdu. O da gözlənilmədən sürətlənmiş və yad sivilizasiyanın mümkün arxivi kimi dəyərləndirilmişdi.

Alimlərin çağırışı: Qərəzdən imtina etmək

Tədqiqatçılar bu və oxşar obyektlərin izahını yalnız təbii modellərlə izah etməyə çalışmağın bəzən faktları gözardı etməyə səbəb ola biləcəyini vurğulayırlar. Onların fikrincə, belə mövcud nümunələr, o cümlədən 3I/ATLAS, gələcəkdə texnoloji mənşəli obyektləri müəyyən etmək üçün bizə təməl məlumatlar təqdim edə bilər. Elmi ictimaiyyət bu ehtimallara açıq yanaşmalıdır ki, insanlıq tarixində yeni səhifə açmaq fürsəti əldən verilməsin.

Hazırladı:

S.ELAY

XQ
Mənbə: arXiv.org preprint platformasında dərc olunmuş tədqiqat materialları əsasında hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 İyul 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri