Icma.az
close
up
RU
Kənd məktəblərinə gənc müəllimlərin cəlbində məqsəd nədir: stimullaşdırma mexanizmi, yoxsa müvəqqəti həll?

Kənd məktəblərinə gənc müəllimlərin cəlbində məqsəd nədir: stimullaşdırma mexanizmi, yoxsa müvəqqəti həll?

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan hökuməti 2026-cı ildə gənc müəllimlərin kənd məktəblərinə cəlb olunması üçün 20,1 milyon manat vəsait ayıracaq. “Dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, bu təşəbbüs çərçivəsində 9,9 mindən çox pedaqoji ixtisaslı gənc mütəxəssis bölgələrdə yerləşən ümumtəhsil müəssisələrində işləməyə təşviq ediləcək.

Vəsait əsasən onların yol xərcləri, əmlakın daşınması, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətlər və kirayə haqqının ödənilməsinə yönəldiləcək. Hesablamalara görə, kənd məktəbin üz tutan hər bir gənc müəllim ildə orta hesabla 2 min manat əlavə gəlir əldə edəcək.

Bu qərar təhsil sistemində regionlararası bərabərsizliyin aradan qaldırılması, eləcə də kənd yerlərində müəllim çatışmazlığının azaldılması məqsədi daşıyır. Lakin analitik baxımdan məsələ bir neçə mühüm aspektdən qiymətləndirilməlidir.

Kənd yerlərində müəllim çatışmazlığı uzun illərdir davam edən problemdir. Bunun əsas səbəbləri arasında yaşayış şəraitinin çətinliyi, infrastrukturun zəifliyi, nəqliyyat xərclərinin çoxluğu və sosial imkanların məhdudluğu yer alır.

Əksər gənc müəllimlər, xüsusilə ailə quran və ya şəhərdə daimi yaşayış qurmaq istəyənlər, kənd yerlərində uzunmüddətli işləməyə maraqlı olmur. Bu da təhsilin keyfiyyətinə və şagirdlərin bilik səviyyəsinə birbaşa təsir göstərir.

Gələn il üçün nəzərdə tutulan əlavə vəsait, yəni ildə 2 min manat şübhəsiz, müəyyən sosial dəstək rolunu oynayacaq. Amma maliyyə stimulu təkbaşına motivasiya mexanizmi kimi dayanıqlı deyil. Əgər bu təşviq yalnız bir illik və ya qısamüddətli layihə kimi qalarsa, gənclər kənddə daimi işləməkdə maraqlı olmayacaq. Daha effektli model kimi daimi yaşayış üçün ipoteka dəstəyi, kredit güzəştləri, karyera yüksəlişi imkanları və peşəkar inkişaf proqramları nəzərdən keçirilə bilər. Bu halda təşviq mexanizmi yalnız maddi deyil, həm də peşəkar motivasiyaya çevrilər.

Kənd məktəblərinə gənc müəllimlərin cəlbi tədris keyfiyyətini yüksəldə bilər, çünki bu müəllimlər daha yeni metodika və yanaşmalara sahibdir. Amma bunun üçün onların mentorluq və təlim dəstəyi alması vacibdir. Yalnız maliyyə yardımı ilə deyil, peşəkar adaptasiya proqramları ilə müşayiət olunarsa, bu addım uzunmüddətli səmərə verə bilər. Əks halda, bəzi müəllimlər yalnız maddi səbəblə gedəcək, bir neçə ildən sonra isə iş yerlərini tərk edəcəklər.

Bu təşəbbüs həm də paytaxt və regionlar arasında sosial ədaləti təmin etmək cəhdi kimi qiymətləndirilə bilər. Gənc müəllimlərin bölgələrdə yerləşdirilməsi həm regionlarda intellektual mühitin formalaşmasına, həm də yerli icmaların maariflənməsinə töhfə verə bilər. Lakin uzunmüddətli nəticə üçün bu təşəbbüs regional infrastrukturun inkişafı ilə paralel getməlidir. Kəndlərdə məktəblərin fiziki şəraiti, yaşayış evlərinin keyfiyyəti və sosial xidmətlər artırılmadıqca, gənc kadrların qalıcı olması çətin olacaq.

Kənd məktəblərinə gənc müəllimlərin cəlb edilməsi üçün ayrılan 20,1 milyon manatlıq dəstək təqdirəlayiq addımdır, lakin qısamüddətli maliyyə təşviqi ilə uzunmüddətli kadr sabitliyi əldə etmək mümkün deyil. Əgər bu proqram dayanıqlı inkişaf konsepsiyasına çevrilərsə, yəni maddi dəstəklə yanaşı sosial təminat, peşəkar inkişaf və infrastruktur islahatları ilə müşayiət olunarsa, o zaman həm müəllimlər, həm də kənd icmaları bundan real fayda görə biləcək.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Oktyabr 2025 07:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri