Icma.az
close
up
RU
Sülh müqaviləsi şübhə altında

Sülh müqaviləsi şübhə altında

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan Azərbaycana ötən əsrin 90-cı illərinin əvvəllərində dayandırılmış dəmir yolu əlaqəsini bərpa etmək təklifi göndərib. 

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”-ə müsahibəsində bildirib. 

“Bizim qiymətləndirməmizə görə, biz dəmir yolu əlaqəsinin necə bərpa olunacağı ilə bağlı həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olan həll yolu tapmışıq. Həll yolunu yazılı formada Azərbaycan tərəfinə göndərmişik və müsbət reaksiya gözləyirik. Bu reaksiya alınan zaman qısa müddətdə müqavilə imzalamaq və dəmir yolunun tikintisinə başlamaq lazımdır”, - Baş nazir belə deyib. 

Qeyd edək ki, Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına dair unikal üsul təklif irəli sürmüş kimi çıxış edir. Əslində, Azərbaycanla Ermənistan arasında dəmir yolunun açılmasına dair son illər bir sıra razılaşmalar əldə olunub. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinə görə, Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat vasitələrinin, malların və vətəndaşların təhlükəsiz hərəkətini təmin etməlidir. 

Lakin dörd ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan Zəngəzurdan nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına dair öhdəliyi yerinə yetirməyib. 2021-ci il yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusioya baş nazirlərinin müavinlərindən ibarət İşçi Qrup çərçivəsində də nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə bağlı razılaşma imzalanıb. Ermənistan avtomobil yolunun açılmasına razılıq verməsə də, dəmir yolunun bərpasına etiraz etməyib. Söhbət Horadiz-Mehri-Arazdəyən-Ordubad-Culfa dəmir yolu xəttinin istifadəsindən gedir.

Sözügedən marşrut Sovet dövründə Azərbaycanın qərb hissəsi ilə Ermənistan və Naxçıvan MR arasında əsas dəmir yolu xətti olub. 

Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinə başlamasından sonra, yəni 1990-cı illərin əvvəlində iki ölkə arasında dəmir yolu nəqliyyatı dayandı və relslər ermənilər tərəfindən söküldü. 2022-ci ilin iyun ayında İşçi Qrupun iclasında dəmir yolunun açılması barədə razılıq əldə olundu. 

Hətta Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan dəmir yolunun bərpası üçün 200 milyon dollar vəsait tələb olunduğunu bildirmişdi.

Buna baxmayaraq, Ermənistan hələ də bu sənədə əməl etməyib. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu ilin avqust ayında dəmir yolu nəqliyyatının məhz Ermənistanın təxribatçı hərəkətləri ilə əlaqədar reallaşmadığını açıqladı. Belə ki, Ermənistan prosesi pozmaq üçün Rusiya Federal Təhlükəsilik Xidmətinin sərhəd qoşunlarının yalnız Zəngəzurda deyil, həm də Azərbaycan ərazisində yerləşdirilməsini təklif edib. Halbuki, 10 noyabr Bəyanatında belə bir razılaşma yoxdur və sənədə əsasən Ermənistan ərazisindən keçən nəqliyyat-kommunikasiya vasitələrinin təhlükəsizliyi Rusiyanın sərhəd qoşunları tərəfindən təmin edilməlidir. Lakin Paşinyan hökuməti bunu Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə zidd hesab edərək öhdəliyi yerinə yetirmir. Rəsmi İrəvan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsini kənara qoyaraq “Sülh kəsişməsi” layihəsini irəli sürür.

 Bununla da Ermənistan Fars körfəzi-İran və Gürcüstan-Qara dəniz istiqamətində çıxışı təmin edən Şimal-Cənub nəqliyyat dəhlizinə üstünlük verir. Şərqdən Azərbaycana təklif edilən dəmir yolu xətti isə Bakı-İcevan marşrutudur. Bu isə regional tranzit xətti olmadığından rentabelli sayılmır. Ermənistan “Sülh kəsişməsi” çərçivəsində qərbdən Gümrü-Qars dəmir yolunun açılması ilə bağlı Türkiyə ilə danışıqlar aparır. Paşinyan hökumətinin məqsədi dəmir yolunun açılmasına paralel olaraq, Türkiyə ilə sərhədlərin açılmasına nail olmaqdır. Ona görə də Paşinyanın Azərbaycana səmərəli təklif göndəridiyi inandırıcı görünmür. Mher Qriqoryanın bu günlərdə Zəngəzur dəhlizinin olmayacağını deməsi Ermənistanın 10 noyabr Bəyanatından birtərəfli qaydada imtina etməsi deməkdir. 

Bu isə Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vura bilər. Çünki nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması Azərbaycanın Ermənistana təqdim etdiyi 5 bəndlik sülh sazişinin baza prinsiplərindən birini təşkil edir. Paşinyan hakimiyyəti qeyd edilən təklifi əvvəl qəbul etdiyini demişdi. İndi isə Ermənistanın bundan yayınması sülh müqaviləsinin perspektivini şübhə altına ala bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Dekabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri