Üçüncü zolaqdan birinciyə keçib qəza törətdi VİDEO
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin videosunu yaydığı hadisə oktyabrın 18-də paytaxtın Xətai rayonu, Gəncə prospektində qeydə alınıb.
Mərkəzdən bildirilib ki, manevretmə qaydalarının pozulması nəticəsində qəza riski yaranır, yol-nəqliyyat hadisəsi baş verir, ölən və xəsarət alanlar olur. Bir sözlə, istənilən yanlış manevr təkcə bir nəqliyyat vasitəsini deyil, bütün hərəkət iştirakçılarını təhlükəyə atır:
“Bəs manevretmə qaydalarının pozulması zamanı qəzalar necə baş verir? Birincisi, bəzi sürücülər dönməzdən və zolaq dəyişməzdən əvvəl ya təhlükəsizlik tədbirləri görmürlər, ya da işıq siqnallarını yandırmaqla üstünlüyün onlarda olduğunu düşünürlər. Yanılırlar!
İkincisi, sürücülərin bir qismi ümumiyyətlə manevretmə zamanı işıq və səs siqnallarından istifadə etmirlər.
Sürücü diqqətsizliyi və qaydaların kobud şəkildə pozulması yol-nəqliyyat hadisələrinin baş verməsinə və digər hərəkət iştirakçılarının da ölüm və xəsarət almasına səbəb olur”.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən məsuliyyətli davranmağa və manevr edərkən qaydalara əməl etməyə çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 19 Oktyabr 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















