Ucuz maşın və ucuz torpaq almaq istəyənlər üçün VACİB XƏBƏR Sabah...
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti aprelin 8-də 4 səhmdar cəmiyyətinin səhm paketini, 111 nəqliyyat vasitəsini, texnika və avadanlıqları hərraca çıxaracaq.
BAKU.WS bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərracda iştirak edəcək şəxslər "Ağdaş Quşçuluq", "Cəlilabad Şərab", "Salyan broyler" və "Zaqatala Fındıq" səhmdar cəmiyyətlərini özəlləşidirə bilərlər. Onların nizamnamə kapitalı 368 620 - 1 120 118 manat arasında dəyişir.
Hərraclara çıxarılan nəqliyyat vasitələri əsasən Rusiya və Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1987-2015-ci illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 12 Mart 2025 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















