Icma.az
close
up
RU
Ucuz naqilin həyat bahasına başa gələn fəsadı, yoxsa səriştəsizlik? Yasamaldakı yanğına ekspert baxışı

Ucuz naqilin həyat bahasına başa gələn fəsadı, yoxsa səriştəsizlik? Yasamaldakı yanğına ekspert baxışı

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

"Yaşayış komplekslərində elektrik sistemləri ilə bağlı da ciddi risklər mövcuddur. Əsas problem ondan ibarətdir ki, tikinti şirkətləri çox zaman daha ucuz başa gələn, lakin keyfiyyətsiz materiallardan istifadə edirlər.

Bu naqillərin və digər avadanlıqların üzərində normativ göstəricilər göstərilsə də, faktiki olaraq çox vaxt həmin tələblərə cavab vermir. Çünki bu məhsullar ya kustar üsulla hazırlanır, ya da keyfiyyəti normadan aşağı olur".

Bu sözləri Oxu.Az-a açıqlamasında daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Yasamalda, Mirəli Seyidov küçəsində üç nəfərin ölümü ilə nəticələnən bina yanğınının səbəblərini şərh edərkən deyib.

Onun sözlərinə görə, yaşayış komplekslərində yaranan problemlərin böyük hissəsi qeyri-peşəkar idarəetmə, nəzarət mexanizmlərinin olmaması və tikintidə istifadə olunan keyfiyyətsiz materiallarla bağlıdır:

"Müxtəlif yaşayış komplekslərində müşahidə olunan texniki problemlərin əsas səbəblərindən biri həmin kompleksləri idarə edən şəxslərin peşəkarlıq səviyyəsinin kifayət qədər aşağı olmasıdır. Adətən, bu sahədə ixtisaslaşmış mütəxəssislər fəaliyyət göstərmirlər. Onların yerinə, sadəcə, komendant təyin edilir və bu şəxs yalnız işlədiyi müddətdə müəyyən təcrübə qazanır. Lakin bu təcrübə dərin texniki biliklərə əsaslanmadığı üçün yaşayış komplekslərinin idarəolunmasında ciddi boşluqlar yaranır.

Bundan başqa, mövcud nəzarət mexanizmlərinin olmaması vəziyyəti daha da ağırlaşdırır. Komendantların funksiyaları əksər hallarda problemləri aidiyyəti qurumlara çatdırmaqla məhdudlaşır. Lakin bu şəxslərin istismar və texniki nəzarət sahəsində peşəkar hazırlığı olmadığı üçün problemlərin sistemli şəkildə həllinə nail olmaq mümkün olmur.

Yaşayış komplekslərində elektrik sistemləri ilə bağlı da ciddi risklər mövcuddur. Əsas problem ondan ibarətdir ki, tikinti şirkətləri çox zaman daha ucuz başa gələn, lakin keyfiyyətsiz materiallardan istifadə edirlər. Bu naqillərin və digər avadanlıqların üzərində normativ göstəricilər göstərilsə də, faktiki olaraq çox vaxt həmin tələblərə cavab vermir. Çünki bu məhsullar ya kustar üsulla hazırlanır, ya da keyfiyyəti normadan aşağı olur.

Məsələn, naqilin qalınlığı, izolyasiya qatları və digər yanğınadavamlı xüsusiyyətlər kağız üzərində olsa da, keyfiyyət baxımından geridə qalır. Belə materiallar ucuz olduğuna görə tikinti şirkətləri tərəfindən daha çox seçilir.

Nəticədə belə naqillər istismar prosesində dəfələrlə qızıb-soyumaya məruz qaldıqda tez sıradan çıxır, qısaqapanmalar yaranır və yanğın təhlükəsi baş verir. Xüsusilə elektrik şaxtalarında yaranan "boru effekti" səbəbindən yanğın sürətlə yayılır və bütün naqil xəttini əhatə edir. Təəssüf ki, bu kimi hallar artıq bir neçə dəfə ciddi fəsadlarla müşahidə edilib.

Azərbaycanda müvafiq normativ sənədlər mövcud olsa da, bu qaydalara əməl edilməməsi real təhlükələr yaradır. Tikinti şirkətləri və bəzi ticarətçilər ucuz, lakin qeyri-standart məhsulları bazara çıxarırlar. Bu isə təhlükəsizlik səviyyəsini xeyli aşağı salır".

Xatırladaq ki, noyabrın 22-si Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üç nəfər tüstüdən zəhərlənərə həyatını itirib, 27 nəfər tüstüdən zəhərlənib. Yanğının elektrik şaxtasından qaynaqlandığı bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Noyabr 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri