UEFA 2028 ci il Avropa çempionatı ilə bağlı qaydada dəyişiklik etdi
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2028-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi edən ölkələrin heç də hamısı turnirin final mərhələsində iştirak edə bilməyəcək.
"Unikal" Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytı məlumat yayıb.
Avropa çempionatı İngiltərə, Şotlandiya, Uels və İrlandiyada keçiriləcək. UEFA dörd ölkənin hər birinə qrup mərhələsinə yalnız iki yer ayıracaq. Onlar təsnifat mərhələsində ən yüksək nəticə göstərən, lakin birinci yerdən və ya ən yaxşı səkkiz ikinciliyin birindən turnirə vəsiqə qazana bilməyən komandalara veriləcək.
Avroda ümumilikdə 24 komanda çıxış edəcək. Onlardan 20-si təsnifat yolu ilə müəyyənləşəcək: qruplarında qalib gələn 12 komanda və ikinci yerlər arasında ən yaxşısı olan 8 komanda. Daha iki komanda qalan ikinci yerləri tutan komandalar və Millətlər Liqasının Avro-ya birbaşa vəsiqə qazana bilməyən ən yaxşı komandaları ilə oynayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 21 May 2025 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















