UEFA Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşdi
Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Oxuməni.az xəbər verir ki, 17 aprel gecəsi 2025/26 mövsümünün dörddəbir final oyunları keçirildi və əsas kubok uğrunda mübarizədə qalan dörd komanda müəyyənləşdi.
Heç bir böyük sürpriz olmadı. Bir həftə əvvəl ilk oyunlarında qələbə qazanan “Aston Villa” və “Frayburg” cavab oyunlarında da qalib gəldilər. Yalnız iki oyun maraqlı qalıb və bunlar müəyyənləşib: “Braqa” səfərdə “Betis” komandasını 4-2, “Nottinqem Forest” isə evdə “Portu”nu 1-0 hesabı ilə məğlub etdi.
Beləliklə, turnirin 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra növbəti mərhələyə vəsiqəni “Braqa” (Portuqaliya), “Frayburq” (Almaniya) və “Aston Villa” və “Nottinqem Forest” (İngiltərə) komandaları təmin edib.
2025/2026 Avropa Liqasının yarımfinal cütlükləri bunlardır:
Braqa (Portuqaliya) - Frayburq (Almaniya);
Nottinqem Forest (İngiltərə) - Aston Villa (İngiltərə).
Avropanın ikinci ən böyük yarışının yarımfinalları 30 aprel cümə axşamı günü, cavab oyunları isə bir həftə sonra, 7 mayda keçiriləcək. Avropa Liqasının qalibi 20 may tarixində keçiriləcək finalda müəyyənləşəcək.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 17 Aprel 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















