Ələt turistlərin yeni istiqamətinə çevriləcək? AÇIQLAMA
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, deputat Aydın Hüseynov Bakı ilə Ələt arasında sürət qatarlarının təşkilini təklif edib. Millət vəkili əlavə edib ki, sürət qatarlarının işə salınması turizim baxımından da əhəmiyyətli ola bilər.
Maraqlıdır, bəs Ələtə sürət qatarı turizm üçün hansı imkanlar yarada bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyevin sözlərinə görə, Bakı ilə Ələt arasında sərnişin qatarının istifadəyə verilməsi bölgənin turizm potensialının inkişafına ciddi töhfə verə bilər:
"Ələt təkcə nəqliyyat qovşağı kimi deyil, həm də turizm baxımından inkişaf etdirilməsi mümkün olan ərazilərimizdən biridir. Dəmir yolu nəqliyyatının işə salınması Bakıdan Ələtə səfərləri daha rahat, əlçatan və sürətli edəcək. Bu, xüsusilə şəxsi avtomobili olmayan vətəndaşlar və turistlər üçün əlavə imkanlar yaradacaq. Eyni zamanda, bölgəyə təşkil olunan həftəsonu turlarının sayının artmasına şərait yarana bilər".
Onun fikrincə, Ələt və ətraf ərazilərdə mövcud olan turizm imkanlarının tanıdılması üçün bu nəqliyyat xətti mühüm rol oynaya bilər:
"Digər tərəfdən, sərnişin qatarı avtomobil yollarındakı nəqliyyat yükünün azalmasına və ekoloji vəziyyətin qorunmasına da müsbət təsir göstərə bilər. Burada əsas məsələ qatarların hərəkət qrafikinin turistlərin və yerli sakinlərin ehtiyaclarına uyğun təşkil edilməsidir. Hesab edirəm ki, bu layihə gələcəkdə yeni turizm marşrutlarının formalaşmasına, yerli sahibkarlığın inkişafına və bölgəyə turist axınının artmasına stimul verə bilər".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 26 Noyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















