Icma.az
close
up
RU
UEFA dan tarixi qərar

UEFA dan tarixi qərar

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 8-də UEFA futbolda bəlkə də fərqli bir cığır açacaq yeniliyə razılıq verdi.

Belə ki, bu mövsüm İspaniya və İtaliya çempionatının bir oyunu ölkə hüdudlarından kənarda keçiriləcək! Konkret desək, La Liqada 17-ci tur çərçivəsində “Vilyarreal” – “Barselona” oyunu Amerikada, A seriyasında isə 24-cü tur çərçivəsində “Milan” – “Komo” oyunu Avstraliyada baş tutacaq! Maraqlıdı ki, UEFA prezidenti Aleksander Çeferin ilk vaxtlar bu ideyanı dəstəkləmirdi.
Tebas arzusuna çatdı
Ancaq qurum bu məsələdə maraqlı olan bütün tərəfləri dinləyəndən sonra belə desək, bu işə qol qoymağa razılıq verdi. Jurnalist Ben Ceykobsun versiyasına görə, UEFA bu iki oyunun başqa qitədə keçirilməsinə elə də böyük istəklə razılaşmadı. Çeferin qısaca “bu qərar istisnadı və nümunə kimi dəyərləndirilməməlidi” açıqlamasını verib. O əlavə edib ki, daxili çempionatın oyunları ölkə daxilində keçirilməlidi və istənilən başqa qərar azarkeşlərin hüquqlarını əllərindən alır, eləcə də rəqabət prinsipini pozur. Maraqlıdı, qurumun prezidenti bu açıqlamanı verirsə, UEFA nə üçün buna razılıq verib? Əslində bu qeyri-adi ideya hələ 2018-ci ildən mövcud idi. La Liqa ilə əməkdaşlıq edən ABŞ-nin “Relevent Sports” promouterlik şirkəti hələ o vaxt “Barselona” – “Jirona” matçının Mayamidə keçirilməsini təklif etmişdi. O vaxt FİFA, eləcə də “Barsa”nın öz üzvləri (Pike, Buskets) bunu dəstəkləməmişdi. 2024-cü ildə məsələ yenidən aktuallaşdı. La Liqa təkcə “Relevent Sports” yox, Nyu-York, Mayami və Mexikoda fəaliyyət göstərən bir şox şirkətlər ilə əməkdaşlıq edir. “Atletik” portalının yazdığına inansaq, bu şirkətlərdən La Liqaya illik 77 milyon dollar xeyir gəlir. Ona görə də La Liqanın prezidenti Xavyer Tebas bu ideyanın həyata keçməsi üçün son aylarda dəridən-qabıqdan çıxırdı. O hələ ötən il bunları demişdi: “Bu məsələ bizim Şimali Amerika bazarında mövqelərimizi gücləndirəcək. İspaniyadan sonra bizi ən çox orda izləyirlər. Digər liqalar çox rəqabətcildi. Onların bizi üstələmələrinə imkan verməməliyik”.
Klub razıdı, azarkeş yox
“Vilyarreal” – “Barselona” oyunu Florida ştatındakı “Hard Rok Stedium”da keçiriləcək. 75 min yerlik bu stadionda Amerika futbolu, sokker, beysbol üzrə oyunlar keçirilir. Eləcə də bu arena 6 dəfə “Superboul”a, bir çox məşhurların konsertinə evsahibliyi edib. Ötən il Amerika Kubokunda final da daxil olmaqla 3 oyun burda keçirilmişdi. DÇ-2026-da isə burda 7 oyun nəzərdə tutulub. Dəqiq tarix bəlli deyil. Oyun dekabrın 20-nə nəzərdə tutulub. Amma bir gün sonra bu arenada Amerika futbolu çərçivəsində “Mayami” – “Sinsinnati” oyunu nəzərdə tutulub. Çox güman, iki oyundan birinin tarixi dəyişəcək. “Barsa” rəsmi açıqlamasında bu addımı beynəlxalq arenada yüksəliş, azarkeş bazasının genişləndirilməsi, La Liqanın mövqelərinin gücləndirilməsi kimi qiymətləndirib. Klub bunu ABŞ-da yaşayan milyanlarla fanat üçün əla fürsət adlandırıb. “Vilyarreal” prezidenti Fernando Roiq də sevincini gizlətmir. Klub 2010-cu ildən bütün dünyada ofis və akademiyalar açmaq strategiyasını tətbiq edir. İddialara görə bu klubun ABŞ-da 20-yə yaxın akademiyası var. Hərçənd klubun öz fanatları bu fikri dəstəkləmir. Onları anlamaq olar. Mövsümlük abunə bilet alan və ABŞ-yə yollanmağa imkanı olmayan “Vilyarreal” azarkeşinin haqqını kim bərpa edəcək?
“Barsa”nın kapitanı da etiraz etdi
“Real” hələ avqustda rəsmi bəyanat yayaraq açıq şəkildə bu ideyanı tənqid etmişdi. Bundan başqa, “Bavariya”, “Arsenal”, “Barselona”, “Çelsi”, “Mançester Yunayted” azarkeşlərinin də daxil olduğu 300-dən artıq fanqrup üzvləri UEFA və FİFA-ya etiraz məkrtubu ünvanlamışdılar. Hətta “Barsa”nın kapitanı Frenki de Yonq da bu fikri dəstəkləmir: “ABŞ-də oynamaq ideyası xouma gəlmir. Bu, həm turnirə, həm də futbolçulara hörmətsizlikdi. Biz həmişə təqvimin sıxlığından, tez-tez səyahət etməli olmağımızdan şikayətlənirik. Başa düşürəm ki, bu, brendin qlobal şəkildə böyüməsinə yardım edəcək. Amma yenə də mən olsam, La Liqanın təklifini qəbul etməzdim. Buna etiraz edən digər klubları da anlayıram”.
“Barsa”nın prezidenti Xuan Laporta kapitanının cavabını belə verib:

“Artıq hər şey razılaşdırılıb. UEFA və La Liqa rəhbərliyi qərarını verib. Hər futbolçunun öz fikri var və buna hörmətlə yanaşıram. De Yonq bizim kapitanımızdı. Ancaq La Liqa harda desə, “Barselona” da orda oynayacaq. Mayamiyə yollanmaq tələb olunursa, bunu edəcəyik. ABŞ inkişaf etməkdə olan bir bazar olduğu üçün bu ideyanı dəstəklədik. Yaydakı turnelər sayəsində orda bir sıra əlaqələr qurmuşuq və tərəfdaşlaq tapmışıq”.


Niderland futbolunun əfsanəsi Marko van Basten isə olayı “komediya şousu” adlandıraraq UEFA-nı bu biabırçılığa son qoymağa çağırıb. Maraqlıdı ki, başqa ölkədə çıxış edən bəzi ispaniyalı futbolçular bu ideyanı dəstəkləyib. Məsələn, “Arsenal”da çıxış edən Mikel Merino “Amerika futbolunda və MBA-da da belə qərar verilib. Bu turnirlərdə də bəzi matçlar dünyanın fərqli yerlərində oynanılacaq. Bunun futbola da aid edilməsində pis nə var? Amma burda fanatlar da daxil olmaqla bütün tərəflərin razılığı olmalıdı”. Elə “Çelsi”nin müdafiəçisi Mark Kukurelya da bunun amerikalı futbolsevərlərin La Liqanı izləyə bilməsi baxımından yaxşı ideya olduğunu vurğulayıb.
“Onlara bu işin qarşılığında pul verirlər”
Bir qədər İtaliyadakı yeniliyə də toxunaq. “Milan” – “Komo” matçının başqa ölkədə keçirilməsi ehtimalı ilk dəfə hələ iyunda gündəmə gəlmişdi. Çox keçmədən İtaliya Futbol Federasiyası bu qərarı dəstəkləmişdi. Əsas bəhanə kimi o göstərilir ki, onsuz da fevralın 6-da bu oyunu “San Siro”da keçirmək mümkün olmayacaqdı. Çünki həmin gün bu arenada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. A seriyasının prezidenti Etsio Simonellini dinləyək:

“Mövsüm ərzində çempionatımızda 380 oyun keçirilir. Söhbət yalnız bir oyundan gedir. Başa düşürəm ki, oyunu Avstraliyada izləmək asan olmayacaq. Amma yenə də bəzi fanatların yeni qitə ilə tanışlıq baxımından bu fürsətdən yararlanacaqlarını düşünürəm. İtaliya futbolunun böyük azarkeş bazası var. Biz liqanın rəhbərliyi olaraq, məhsulumuzu ona maraq göstərən ölkələrdə populyarlaşdırmalıyıq”.


Ancaq İspaniyada olduğu kimi, burda da narazılar çoxdu. Onlardan biri “Torino”nun prezidenti Urbano Kayrodu: “Biz əksinə, komandaları və fanatları bir-birinə yaxınlaşdırmalıyıq. Stadionlarımızı daha qonaqpərvər etməliyik. A seriyası matçını Avstraliyada keçirməkdə heç bir məna görmürəm”. “Milan”a yeni gələn fransalı Andre Rabyo da bu söz-söhbətdən kənar qalmayıb:

“Düzünü desəm, bu xəbəri eşidəndə çox təəccübləndim. “Komo” ilə oyunumuzun Avstraliyada keçirilməsi, sadəcə, dəlilikdi. Başa düşürəm ki, işin maddi tərəfi var. Bu addım həm də çempionata marağı artırmağa yönəlib. Detalları tam bilmirik. Ancaq tez-tez təqvimdən və oyunçuların sağlamlığından danışdığımızı nəzərə alsaq, bu qərar absurd kimi görünür. İki İtaliya klubunun bir-biri ilə qarşılaşması üçün bu boyda məsafə qət etməsi, sadəcə, inanılmazdı”. Rabyonun iradı heç də haqsız deyil. “Milan” Avstraliyanın Pert şəhərində ev oyununu keçirmək üçün təyyarə ilə 20 saat uçaraq 14 min km məsafə qət etməli olacaq. Oyun 61266 azarkeş tutumuna malik olan “Optus” stadionunda keçiriləcək. Yayda bu arenada “Milan” ilə “Pert Qlori” arasında yoxlama oyunu baş tutmuşdu. Ötən il “Roma” da bu stadionda hazırlıq matçında qüvvəsini sınamışdı. “Milan” artıq indidən abunə biletin sahiblərinə bu oyun üçün təzminat ödəniləcəyini açıqlayıb. Avstraliya höküməti bu addım sayəsində ölkədə futbola marağı qaldırmaq arzusundadı. A seriyasının icraçı direktoru Luici De Syervonun sözü ilə mövzuya son qoymaq yerinə düşər. Onun sözündən belə çıxır ki, futbolçu pulunu qazanırsa, başını aşağı salıb deyiləni etməlidi: “Rabyo da milyonlar qazanan digər futbolçular kimi unudur ki, onlara bu işin qarşılığında pul verirlər. Söhbət futbol oynamaqdan gedir. O, qazandığı pula hörmətlə yanaşmalı və ona pul verən tərəfi, yəni “Milan”ı dəstəkləməlidi. Çünki “Milan” özü bu ideyanın baş tutması üçün dəridən-qabıqdan çıxırdı. Futbolçuların sağlamlığı, təbii ki, önəmlidi. Biz çətin, amma mümkünsüz olmayan bir işi həyata keçirəcəyik. Özü də nəzərə alaq ki, bu, istisna haldı. Uçuş saatı çox olsa da, futbolçular biznes-klass ilə uçacaqlar. Futbolçuların milyonlar qazandığını nəzərə alsaq, belə qurban verməyə dəyər”.


ƏLİ RAUFOĞLU hazırladı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see1580

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see239

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see229

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see225

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see218

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see212

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see212

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see205

DÇ 2026 da “pley off”a çıxan komandalar artdı ADLAR

27 İyun 2026 10:40see191

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see190

Bakıda UFC Fight Night Baku turnirinə start verildi

27 İyun 2026 17:16see186

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see183

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see176

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see172

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see169

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see168

İkinci qəbul imtahanı asan olmayacaq AÇIQLAMA

27 İyun 2026 17:23see168

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

27 İyun 2026 16:17see165

Sənədsiz evlər problemi necə həll olunacaq? AÇIQLAMA

27 İyun 2026 12:11see164

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

28 İyun 2026 23:48see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri