Göy məscid Azərbaycan türklərinin İrəvandakı möhürüdür
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sədrəddin Soltan
Farslaşdırma cəhdlərinin heç bir tarixi, mənəvi əsası yoxdur
Tehran və İrəvan Azərbaycan mədəniyyətinə qarşı birgə vandal fəaliyyəti davam etdirir. Noyabrın 9-da İrəvandakı Göy məscidin əsas mərasim (iclas) zalına rəsmi olaraq erməni şair Yeqişe Çarentsin adı verilib və büstünün qoyulması da nəzərdə tutulub. Təntənəli açılış mərasimində İran İslam Respublikasının Ermənistanda işgüzar səfərdə olan vitse-prezidenti Həmid Purməhəmmədi də iştirak edib.
İran rəsmisi və Tehranın İrəvandakı səfirliyi Yeqişe Çarentsi "fars mədəniyyəti və ədəbiyyatının dostu" adlandırıb. Təhrifçilər öz hərəkətlərini cəfəng iddialarla əsaslandırmağa çalışıblar. Onlar Yeqişenin "İran irsinə dərin marağını və Göy məscidlə bağlılığını" qeyd edərək gülünc şəkildə vurğulayıblar ki, guya sovet dövründə məscidin həyətindəki çayxanaya gedərmiş.
Bu tədbirdə Tehran hakimiyyəti panfarsçı ideoloji iddiasını da gizlətməyib. Tədbirdə Firdövsinin "Şahnamə"sinin erməni dilində tərcüməsi də təqdim edilib.
Göründüyü kimi, məsələyə "burada nə var ki?!" deyib keçmək olmur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 17 Noyabr 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















