UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Atletiko" - "Arsenal" matçı (1:1) zamanı qonaqların penaltisinin ləğvinə aydınlıq gətirib.
QOL.az xəbər verir ki, qurumun açıqlamasına görə, epizodda "Atletiko"nun oyunçusu tərəfindən qayda pozuntusu qeydə alınmayıb.
Qeyd edək ki, matçda baş hakim Denni Makkelie əvvəlcə penalti qərarı versə də, VAR müdaxiləsindən sonra fikrini dəyişib.
Xatırladaq ki, UEFA-nın Makkelinin bu qərarını izah edən qısa bəyanatında "Atletiko"nun 17 nömrəli oyunçusu rəqibə qarşı qayda pozuntusuna yol verməyib" sözləri yer alıb. İngiltərənin "Sky Sports" nəşrinin məlumatına görə, UEFA məsələ ilə bağlı əlavə izahat verməkdən imtina edib. Qaydalara əsasən isə, VAR sisteminin müdaxiləsinə yalnız hakimin aşkar səhvi olduğu halda icazə verilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 30 Aprel 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















